Əsas Səhifə > Ölkə, Manşet > KEÇMİŞ REKTORUN YENİ HƏDƏFLƏRİ KİMLƏRDİR?

KEÇMİŞ REKTORUN YENİ HƏDƏFLƏRİ KİMLƏRDİR?


1-03-2013, 13:44
KEÇMİŞ REKTORUN YENİ HƏDƏFLƏRİ KİMLƏRDİR?
ELŞAD ABDULLAYEV ŞOK MƏQALƏ HAZIRLAYIR

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin yeni videoları yayacağı haqda məlumatlar yayılıb. Bildirək ki, bu barədə bir neçə mətbu orqanda xəbərlər verilib. Vətəninfo.az-a mötəbər qaynaqlardan daxil olan məlumata görə, hazırda Fransada olan və müxtəlif tipli “serial”lar yayan ABU-nun sabiq rektoru Elşad Abdullayev yayımladığı video görüntülərin dozasını artırmaq məqsədilə yeni bir mərhələyə qədəm qoymaq istəyir.

Məlumata görə, E.Abdullayev bu dəfə millət vəkillərinin biri ilə aralarında keçən söhbətin video görüntülərini yaymağa hazırlaşır. Sızdırılan məlumatlarda video görüntüdə konkret hansı millət vəkilinin olduğu bildirilmir.

DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, Elşad Abdullayev hələlik videobombardmanı dayandırıb. Mənbənin söylədikləri: «Amma buna baxmayaraq keçmiş rektor yazılı məqalə hazırlayır və yaxın günlərdə çox ciddi faktların yer aldığı həmin məqalə mətbuata ötürüləcək. Bunun ardından isə təhsil nazirliyinin aparat rəhbəri İlham Pirməmmədovla telefon danışıqlarının sə yazısı yayılacaq».

Xatırladaq ki, İlham Pirməmmədov mətbuata verdiyi açıqlamasında Elşad Abdullayevə pul vermədiyini iddia etmişdi. Halbuki keçmiş rektor Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adından ondan alınan pulların bir qisminin məhz İlham Pirməmmədovdan aldığını bəyan edib.

Geri qayıt