Əsas Səhifə > Cəmiyyət > VƏFA QULUZADƏ RUSİYAYA QARŞI ÇAĞIRIŞ ETDİ

VƏFA QULUZADƏ RUSİYAYA QARŞI ÇAĞIRIŞ ETDİ


1-03-2013, 12:17
VƏFA QULUZADƏ RUSİYAYA QARŞI ÇAĞIRIŞ ETDİ
"BÜTÜN QÜVVƏLƏR MOSKVAYA QARŞI BİRLƏŞMƏLİDİR"

“Saakaşvili prezident İlham Əliyevlə təkbətək görüşdə bunu deyə bilərdi. Amma bunu mətbuata səsləndirməsinin arxasında bir sıra məsələlər dayana bilər”.
Bu sözləri politoloq Vəfa Quluzadə Gürcüstan prezidenti Mixail Saakaşvilinin Rusiyanın Azərbaycanda çevriliş hazırladığı haqda çıxışını Modern.az-a şərh edərkən bildirib. Azərbaycanda vəziyyətin ziddiyətli olduğunu deyən politoloq siyasi qüvvələri Rusiyanın bu iyrənc planına qarşı birləşməyə çağırıb.
V.Quluzadənin sözlərinə görə, Amerika və Türkiyə Azərbaycandakı vəziyyətlə bağlı ehtiyatlı olmalıdır.

“Azərbaycanda vəziyyət olduqca ziddiyətlidir. Amma buna baxmayaraq ölkədə vəziyyət Azərbaycan hakimiyyətinin tam nəzarətindədir. Rusiyanın Azərbaycan çevriliş eləməsi mənim fikrimcə, mümkün deyil. Bütün məsələlər Azərbaycandakı daxili vəziyyətdən aslıdır. Azərbaycanda daxili vəziyyətdə stabillik pozularsa, onda bu vəziyyətdən təkcə Rusiya deyil, hamı istifadə etməyə çalışacaq. Rusiyada buna cəhd edəcək, İran da. Eyni zamanda bu baş verməsin deyə Amerika və Türkiyə çox ayıq olmalıdır. Azərbaycanın milli qüvvələri, iqtidar da hamısı bir yerdə bu cür variantın həyata keçməsinin qarşısını almaq barədə düşünməlidir”-deyə politoloq Saakaşvilinin çıxışını şərh edib.

Politoloq həmçinin gürcü prezidentin belə bir çıxışının arxasında müəyyən məqamların ola biləcəyini vurğulayıb:

“Hesab edirəm ki, Saakaşvili prezident İlham Əliyevlə təkbətək görüşdə bunu deyə bilərdi. Amma bunu mətbuata səsləndirməsinin arxasında bir sıra məsələlər dayana bilər”.

Qeyd edək ki, Azərbaycana səfərini başa vuraraq geri qayıdan Gürcüstan prezidenti Mixail Saakaşvili Tiflis aeroportunda jurnalistlərə sensasion açıqlama verib. O bildirib ki, Rusiya iş adamları Söyün Sadıqov və Vahid Ələkbərov vasitəsiylə Azərbaycanda çevriliş hazırlayır.

Geri qayıt