Əsas Səhifə > Şou-biznes > “EUROVISION-2012” SEÇİMLƏRİ BAŞLADI

“EUROVISION-2012” SEÇİMLƏRİ BAŞLADI


28-11-2011, 12:00
“EUROVISION-2012” SEÇİMLƏRİ BAŞLADI

AZƏRBAYCANI KİM TƏMSİL EDƏCƏK?

Bu gündən “Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək istəyən 72 nəfər arasında seçim turu start götürür.

İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, iştirakçılar 9 nəfərdən ibarət 8 qrupa bölünüb. Qruplar 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış edəcək.

İlk çıxış bu axşam saat 22.00-da olacaq. Bu həftə Ramin Quliyev, Canana Zeynalova, Orxan Mirzəyev, Kənan Qədimov, Anastasiya Bedritskaya, Amil Qocayev, Orxan Kərimli, Elnarə Həsənova və Səmra Rəhimli yarışacaq.

İştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan milli seçim şousunda səs imkanları və səhnə performanslarını nümayiş etdirəcəklər. Seçim qaydaları ötən il olduğu kimi aparılır. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunacaq. 8 həftənin qalibləri növbəti mərhələyə-yarımfinala vəsiqə qazanacaq. Finala keçmiş iştirakçılar isə Azərbaycanı “Eurovision-2012”də təmsil etmək uğrunda yarışacaq.

Qeyd edək ki, Azərbaycanın ev sahibliyi edəcəyi 57-ci “Eurovision” yarışması 22, 24 və 26 may tarixlərindən baş tutacaq. Müsabiqə təmsilçimiz birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.


Geri qayıt