Əsas Səhifə > Partiya > AYAZ MÜTƏLLİBOV DEYİR, DEMƏMİŞƏM

AYAZ MÜTƏLLİBOV DEYİR, DEMƏMİŞƏM


1-03-2013, 10:59
AYAZ MÜTƏLLİBOV DEYİR, DEMƏMİŞƏM
KEÇMİŞ PREZİDENT ERMƏNİ KİV-İNƏ QARŞI

Bir sıra erməni saytlarında mənim prezident olduğum vaxt mənim adımdan bildirilib ki, guya Xocalı faciəsini Azərbaycan Xalq Cəbhəsi törədib. Bəyan edirəm ki, Xocalı şəhərində sakinlərin qırılmasını Xalq Cəbhəsinin təşkil etməsi haqqında sözlərini mən heç vaxt işlətməmişəm.

Bunu Azərbaycanın eks prezidenti Ayaz Mütəllibov deyib.

O bildirib: "Mən bu barədə belə deyə bilməzdim, ən azından ona görə ki, prezident kimi Xocalı şəhərində baş verən hadisə barədə mənim məlumatım yox idi. Belə məlumatlara dövlət hakimiyyəti orqanları da malik deyildilər. İki nəfərin ölümü barədə ilkin məlumat əbəs yerdən mətbuata getməmişdi. Bu yaxınlarda bu barədə respublikanın Müdafiə Nazirliyinin o vaxtkı baş qərargah rəisi Şahin Musayev bildirmişdi ki, həlak olanların ikisi barədə məlumatı sən demə mənim qanımı qaraltmamaq üçün mətbuata məhz o ötürmüşdü. Mən isə fevralın 26-da hər şey etdim ki, həmin gün Ağdamda olan ANS-in müxbiri Çingiz Mustafayevın sərəncamına vertolyot verilsin və o, xarici müxbirlərlə birlikdə Xocalı qırğınını bütün təfərrüatları ilə qeydə alsın. Yadımdadır, onunla telefon söhbətimdə mən ondan bütün gördüklərini tam lentə almasını xahiş etdim. Çünki bu qanlı tarix dünya ictimaiyyətinin yaddaşında qalmalı idi. Məhz mənim tapşırığımla respublika Ali Sovetinin iclas salonunda fotosənədlərin sərgisi təşkil olunmuşdu. Onlara baxdıqda göz yaşları və ikrah hisslərini cilovlamaq mümkün deyildi. Qeyd edim ki, bu şəkillərin Xalq Cəbhəsinin təkidi ilə toplaşan deputatların əhval-ruhiyyəsinə məni istefa verməyə məcbur edəcək səviyyədə təsir edə biləcəyini heç düşünmürdüm. Bu şəkillərdən başqa heç bir digər sənəd yox idi. Parlament komissiyası isə 1992-ci il martın 6-da mənim istefa verdiyim gün yaradıldı. Yalnız ondan sonra danışmağa başladılar ki, guya şəhərdən qaçmış xocalılara dəhliz verilmişdi. Rusiyanın “Memorial” İnsan Haqları Təşkilatı tərəfindən həyata keçirilən araşdırma materiallarından aydın oldu ki, şəhər əhalisinə dəhliz verilməsi, onların radio qurğuları, həmçinin vərəqələr vasitəsilə məlumatlandırılması haqqında inandırıcı dəlillər yoxdur. Şəhərə hücumun fevralın 26-na keçən gecə olması faktı da təəccüb doğurur. Qırğının təşkilatçıları guya bununla nələrisə gizlətmək istəyiblər, yaxud da guya 366-cı motoatıcı alayın zirehli texnikasından istifadə edən erməni silahlı birləşmələrinə qarşı azərbaycanlıların zirehli texnikası dayanmışdı. Dağlıq Qarabağ ərazisində azərbaycanlıların ağır zirehli texnikası heç cür ola bilməzdi. Bu səbəbdən də qəfləti gecə hücumuna heç bir ehtiyac yox idi. Dağlıq Qarabağ ərazisində yerləşən Xocalı şəhərinin dinc vətəndaşlarının güllələnməsində Azərbaycanın bu üsyankar subyekt rəhbərliyi məsuliyyət daşıyır."

Xalq Cəbhəsinə gəldikdə isə, A.Mütəllibov vurğulayıb ki, hakimiyyət uğrunda mübarizənin bütün qanunlarına görə, o, Xocalı soyqırımına görə bütün ictimai narazılığı mənim üzərimə yönəltməklə erməni silahlı birləşmələri tərəfindən yaradılan bu fürsəti əldən verə bilməzdi. O, fürsətdən istifadə edərək parlamentin fövqəladə iclasının çağırılmasını tələb etdi və mənim istefam barədə məsələ qaldırdı. Beləliklə, ermənilər öz maraqlarına uyğun olaraq növbəti dəfə Azərbaycanda ictimai-siyasi vəziyyətin pisləşməsinə, sabitliyin pozulmasına nail oldular. Xalq Cəbhəsi isə çox keçmədən Kəlbəcər rayonunun təhvil verilməsi və bununla da öz nüfuzunun itirilməsi faktı ilə qarşılandı.

Sabiq prezident söyləyib: "Ümumiyyətlə, ermənilərin bu faciədə iştirak etməmək kimi mənim söylədiklərimə yeganə və kifayət qədər qeyri-müəyyən arqument olaraq öz xeyrlərinə istinad etmələri təəccüb doğurur. Eyni qaydada, mənim ünvanıma ittihamlar söyləyən həmvətənlərimə də təəccüb edirəm." \ SalamNews \

Geri qayıt