Əsas Səhifə > Hadisə > BAKIDA "İMPERATOR-İBO" RESTORANINDA QƏTL

BAKIDA "İMPERATOR-İBO" RESTORANINDA QƏTL


1-03-2013, 10:10
BAKIDA "İMPERATOR-İBO" RESTORANINDA QƏTL
AŞPAZ HƏMKARINI OXLOVLA ÖLDÜRDÜ

Bakıda qətl hadisəsi olub. Xətai Rayon Prokurorluğundan APA- ya verilən məlumata görə, hadisə “İmperator -İbo” restoranında qeydə alınıb.

Həmin restoranda aşpaz işləyən 1991-ci il təvəllüdlü Adəm Akif oğlu Əsədov həmkarı Mövlan Mövlanovun baş nahiyəsinə oxlovla vuraraq qətlə yetirib. Hadisəni törədən A. Əsədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt