Əsas Səhifə > Siyasət, Manşet > İRANLI AYƏTULLAH YENƏ DƏ BİZİ HƏDƏFƏ ALDI

İRANLI AYƏTULLAH YENƏ DƏ BİZİ HƏDƏFƏ ALDI


28-11-2011, 11:34
İRANLI AYƏTULLAH YENƏ DƏ BİZİ HƏDƏFƏ ALDI

“AZƏRBAYCAN XALQI İMAM HÜSEYNÇİDİR”

Tehran şəhərinin müvəqqəti imam cüməsi Ayətullah Kazim Sədiqi Azərbaycan dövlətini və ali qanunverici orqanını tənqid edib.

İran KİV-nin verdiyi məlumata görə, Təbriz şəhərində keçirilən mərasimdə çıxış edən Ayətullah Sədiqi Azərbaycan Respublikasında İslam dininin təbliğinə və inkişafına məhdudiyyətlər yaradıldığını iddia edib:

“Azərbaycan xalqı imam hüseynçidir. Onların qəlbi Hüseyn ibn Əliilədir. Sovet hökumətinin dağıldığı ilk illərdə bu ölkə qadınlarının hicab barədə məlumatı yox idi. Bununla belə, onlar imam Hüseyni (ə) sevirdilər. Məhərrəm ayında da əzadarlıq edirdilər. Sovet hökumətinin dağılmasından artıq illər keçib və həmin qızlar və xanımlar hicaba meyllidirlər. Amma çox təəssüf olsun ki, dövlət yenə hicabı qadağan etməklə onlarla və dindarlarla üz-üzə dayanıb”.

Tehranın müvəqqəti imam cüməsi bildirib ki, Azərbaycan dövləti özünü dindarlarla üz-üzə qoymaqla səhvə yol verir: “İsrail din xadimləri Azərbaycanda sərbəst hərəkət etdiyi halda, müsəlman alimlərin öz hümməti ilə görüşlərinə məhdudiyyət qoyulur. Bu ölkənin müsəlman xalqı bu hüquqdan məhrum olmalarına dözə bilməzlər. İndi Azərbaycan Respublikasında şiələr İranda təhsil almış ruhaniləri moizə etməyə dəvət edə bilmirlər. Bu vəziyyət gərək dəyişsin”.

Geri qayıt