Əsas Səhifə > Hadisə > ŞEYX İRƏVANDADIR

ŞEYX İRƏVANDADIR


28-11-2011, 11:07
ŞEYX İRƏVANDADIR

ONU HAVA LİMANINDA ERMƏNİLƏRİN KATALİKOSU QARŞILAYIB

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ermənistana səfər edib.

APA-nın “Panorama.am” saytına istinadən verdiyi məlumata görə, “Zvartnots” hava limanında şeyxülislamı bütün ermənilərin katalikosu II Qaregin qarşılayıb.

A. Paşazadə noyabrın 29-30-da MDB ölkələri Dinlərarası Şurasının Rəyasət Heyətinin İrəvanda keçiriləcək toplantısında iştirak edəcək. Toplantıya Moskva və bütün rusların patriarxı I Kirill də qatılacaq. Gürcüstan patriarxı II İlya isə görüşdə iştirakdan imtina edib.

Geri qayıt