Əsas Səhifə > Cəmiyyət > ƏLİ KƏRİMLİDƏN ƏSƏBİ AÇIQLAMA

ƏLİ KƏRİMLİDƏN ƏSƏBİ AÇIQLAMA


28-02-2013, 12:35
ƏLİ KƏRİMLİDƏN ƏSƏBİ AÇIQLAMA
"ABSURD ADDIMLAR ATIRLAR"

AXCP sədri Əli Kərimli son günlər baş verən həbslərə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, partiya sədri bu barədə facebook səhifəsində yazıb.

“Təcrübəmdən bilirəm ki, rejimlər öz hakimiyyətlərinə təhlükə hiss edəndə qorxudan daha qəddar olurlar, daha absurd addımlar atırlar. Azərbaycan Ziyalılar Forumunun lideri, dünya şöhrətli Azərbaycan yazıçısı, Oskar mükafatçısı, Kinomotoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyovun həbslə təhdid edilməsi, AXCP-nin qəbiristanlıqda başdaşlarını dağıtmaqda ittiham olunması, AXCP mətbuat xidmətinin rəhbəri, eyni zamanda “Azadlıq” qəzeti və “Azərbaycan saatı” TV proqramının əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilov və dayısı oğlu Səbuhi Nadirovun Natiq bəyə təzyiq məqsədilə şərlənərək həbs edilməsi belə absurd addımlardandır.

Hökumət anlamır ki, ona problemi ayrı-ayrı təşkilat və fərdlər yaratmır. Məhz hökumətin özünün soyğunçuluğu, rüşvətxorluğu, zorakılığı, saxtakarlığı onunla xalq arasında uçurum yaradıb. Zor və repressiya isə indiyə qədər heç bir diktatoru sona qədər qoruya bilməyib”.

Ə. Kərimli hakimiyyətin təzyiqləri qarşısında susmayacaqlarını bildirib: “Hakimiyyət isə bilsin ki, belə absurd, mənəviyyatsız davranışla xalqdan daha da uzaqlaşır və deməli, sonunu yaxınlaşdırır”.

Geri qayıt