Əsas Səhifə > Şou-biznes > "GÖRƏSƏN, MƏNƏ EHTİYAC VARMI?"

"GÖRƏSƏN, MƏNƏ EHTİYAC VARMI?"


28-11-2011, 11:04
"GÖRƏSƏN, MƏNƏ EHTİYAC VARMI?"

"İMKAN VER, CAVANLAR OXUSUNLAR".

"Yeni ulduz 1"-in iştirakçılarından olan Xalid Hacıyev Milli.Az xəbər portalına verdiyi açıqlamasında efirdə görünməməsinin səbəbini dedi.

"Efirdə çox görünmək istəmirəm. Düzdür, indi bir çoxları bu sözü deyirlər. Amma mən, həqiqətən, görünmək istəmirəm. Bir ara mən istiqamətimi dəyişmişdim. Tamamilə başqa bir sahə ilə məşğul idim. Lakin indi efirə qayıtmışam. Düzdür, hər gün görünməsəm də artıq efirdə olacam", - Xalid Hacıyev dedi.

Müğənni Xalid maddi çətinliyin ona mane olduğunu da qeyd etdi.

"Mən fikirləşirəm ki, o qədər müğənni var, bəs görəsən, mənə ehtiyac var? Çıxıb oxuyuruq, amma tamaşaçıların fikrini bilmirik. Bu səbəbdən də bunları fikirləşəndə bir də görürsən ki, efirdən artıq kənarlaşıbsan. Mənim yerimi kiminsə tutması məni narahat etmir. Çünki mənim yerimi heç kəs tuta bilməz. Elə insan var ki, 40 yaşı var, oxumaq istəyir. Deyə də bilmirsən ki, imkan ver, cavanlar oxusunlar", - deyə Xalid Hacıyev iradını bildirdi.


Geri qayıt