Əsas Səhifə > Güney Press, Araşdırma > CAHANGİR HACIYEVİN QUŞÇULUQ MAXİNASİYASI

CAHANGİR HACIYEVİN QUŞÇULUQ MAXİNASİYASI


28-02-2013, 11:56
CAHANGİR HACIYEVİN QUŞÇULUQ MAXİNASİYASI
BANKİR BAKI QUŞÇULUQ ASC-Nİ NİYƏ LƏĞV EDİB?

Beynəlxalq Bankın prezidenti Cahagir Hacıyev bir müddət əvvəl Bakı Quşçuluq ASC-nin ləğvi barədə qərar çıxarıb. Bu barədə adının çəkilməsini istəməyən ASC-dən etibarlı mənbə məlumat verib. Mənbə bildirir ki, ASC-nin səhmdarları artıq Cahangir Hacıyevin absurd qərarlarından cana doyublar: "Qanunvericiliyə görə belə qərardan sonra cəmiyyət öz kreditorlarına tələblərin irəli sürülməsi üçün 2 ay vaxt ayırmalı və kreditorların tələbləri müəyyən olunduqdan sonra aralıq ləğvetmə balansı tərtib edib təsdiqlənməsi üçün səhmdarlara təqdim edilməli idi. Aralıq ləğvetmə balansında cəmiyyətin əmlakı bazar qiymətli və kreditor-debitor borcları öz əksini tapmalı idi. Lakin aralıq balansı tərtib edilib sahibkarların ümumi yığıncağına çıxarılmadı. Yalnız sonradan ləğvetmə balansının təsdiq edilməsi üçün səhmdarların ümumi yığıncağı çağırıldı. Aralıq balans gizlində, səlahiyyətsiz orqan olan ləğvetmə komissiyası tərəfindən təsdiqləndi".
Mənbə deyir ki, bu kobud qanun pozuntusudur və cəmiyyətin bu şəkildə ləğv edilməsinin iki səbəbi var: "Birincisi odur ki, səhmdar cəmiyyətin 5 milyona yaxın kreditor borcları müəyyən edilib. Bu məbləğin yarısı təsisçiyə - "Xəzər Menecment Sistems" MMC-yə olan borcdur. Həmin vəsaitin də xeyli hissəsi o vaxtkı rəhbərlik tərəfindən havaya sovrulub. Təbii ki, həmin məbləğin kreditor borcu kimi balansa daxil edilməsinə minor səhmdarlar ciddi şəkildə etiraz edəcəkdilər. Çünki o vaxt həmin pullar yeyib dağıdan şəxslər minor səhmdarlara pay verməyiblər ki, bu gün həmin vəsaitin qaytarılmasını onların üzərinə qoysunlar.
Digər səbəb isə ondan ibarətdir ki, aralıq ləğvetmə balansında cəmiyyətin əmlaklarının o cümlədən 32 hektar torpaq sahəsinin bazar dəyəri öz əksini tapmalı idi. İndiki halda torpaq sahəsinin bir sotuna 3000 manatdan bir az artıq qiymət qoyulub. Bu da minor səhmdarların narazalığına səbəb olub".
Bundan əlavə mənbə qeyd edir ki, ASC-yə nəzarət edən Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyev bundan əvvəl də təxminən eyni üsuldan istifadə edərək səhmdarların səhmlərini əllərindən alıb.

Geri qayıt