Əsas Səhifə > Şou-biznes > AYGÜN KAZIMOVA BİRİNCİ OLDU

AYGÜN KAZIMOVA BİRİNCİ OLDU


28-02-2013, 11:05
AYGÜN KAZIMOVA BİRİNCİ OLDU
O, RİHANNANI DA QABAQLAYIB

Türkiyənin məşhur www.sizcene.com saytı dünyanın ən yaxşı qadın müğənnisi nominasiyasında sorğu aparır.

Axşam.az-ın məlumatına görə, bir çox dünya ulduzlarının yer aldığı siyahıda Azərbaycanı iki müğənni təmsil edir.

Altmış bir populyar sənətçinin iştirak etdiyi sorğuda xalq artisti Aygün Kazımova birinci, müğənni Röya isə ikinci pillədə qərarlaşıb.

Həmyerlilərimiz Rihanna, Kristina Aqulera, Keti Perri, Beyons, Hadisə kimi dünyanın məşhur ulduzlarını qabaqlayaraq ilk sıralarda yerlərini bərkidib.

Aygün Kazımova və Röyaya dəstək olmaq üçün bu linkə daxil olaraq səs verə bilərsiniz:

http://www.sizcene.com/459/dunyanin-en-iyi-kadin-sarkicilari

Geri qayıt