Əsas Səhifə > Hadisə > BAKININ MƏRKƏZİNDƏ SİLAHLI ŞƏXS YAXALANDI

BAKININ MƏRKƏZİNDƏ SİLAHLI ŞƏXS YAXALANDI


28-02-2013, 10:23
BAKININ MƏRKƏZİNDƏ SİLAHLI ŞƏXS YAXALANDI
TEPYAKOVDAN "MAKAROV" GÖTÜRÜLÜB

Bakı şəhərinin Nəsimi rayonu ərazisində silahlı şəxs tutulub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, metronun “28 May” stansiyası yaxınlığında 1983-cü il təvəllüdlü paytaxt sakini Teplyakov Aleksey Yuliyeviç polisi diqqətini cəlb edib. O, 22-ci Polis Bölməsinə dəvət olunub. Burada üstünə baxış keçirilən zaman A.Teplyakovun üzərindən “Makarov” markalı odlu silah-tapança aşkar olunub. Silah götürülüb.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

Geri qayıt