Əsas Səhifə > Cəmiyyət > SABİQ DEPUTATDAN PREZİDENTƏ ŞOK MÜRACİƏT

SABİQ DEPUTATDAN PREZİDENTƏ ŞOK MÜRACİƏT


27-02-2013, 12:01
SABİQ DEPUTATDAN PREZİDENTƏ ŞOK MÜRACİƏT
NAZİM MƏMMƏDOV NƏLƏRİ AÇIQLADI?

Milli Məclisin sabiq üzvü, Yeni Azərbaycan Partiyasının fəallarından olan iş adamı Nazim Məmmədov "Baku Steel Company" MMC-nin qoçusayağı fəaliyyəti ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

Bu barədə mia.az-a məlumat verən sabiq millət vəkili əvvəlcə "Baku Steel Company" MMC-nin «Yeni Müsavat» qəzetini məhkəməyə verməsi faktına toxunub. Nazim Məmmədov deyib ki, "Baku Steel Company" MMC-nin «Yeni Müsavat» qəzetinə qarşı 1 (bir) milyon manatlıq iddia qaldırması, təəssüfedici hadisə olmaqla bərabər, həm də müstəqil mediyaya təziyqdir: «Çox təəssüf ki, Azərbaycanda işgüzar nüfuz anlayışı təhrif olunaraq, arxasında korrupsioner məmurların durduğu şirkətlərin müstəqil mediaya təzyiq vasitəsinə çevrilib. «Yeni Müsavat» qəzetinin isə bu şirkət tərəfindən məhkəməyə verilməsi bütün sərhədlərin aşması deməkdir. «Baku Steel» deyilən bir şirkət keçən ildən başlayaraq, "qoçu dəstələri" vasitəsi ilə 20-dən çox müəssisənin fəaliyyətini iflic etmişdir. liberal bazar dəyərləri olan ölkələrdə belə bir hadisə baş versəydi, nəinki o şirkətin məehsulları boykot olardı, onların nümayəndələri də içtimaiyyət arasına çıxmağa belə, cürət etməzdi. Tam bunun əksi olaraq, Rasim Məmmədov demək olar ki, hər gün Prezident Administrasiyasında olur və hətta Prezidentin son müşavirəsinə dəvət olunanlar siyahısına düşür. Görünən odur ki, onun "reketçiliyi" stimullaşdırılır. Keçən ildən bəri öz faktiki əməlləri ilə Prezident İlham Əliyevin sahibkarlığa dəstəyinə ən böyük müxalifətçi olan bu "biznesmen" hətta Türkiyə səfirliyinin əməkdaşına Türkiyə vətəndaşının müxalifətçi ilə işlədiyini deməyə cürət tapır».

Nazim Məmmədovun sözlərinə görə, 8 aya yaxındır ki, hər dəfə Rasim Məmmədov və onun əməllərindan şikayətçi olan sahibkarlara ya özü, ya adamları tərəfindən müxtəlif çirkin iftiralar atılır: «KİV-lərin suallarından qorxaqcasına yayınan Rasim Məmmədov indi də müxalifət mediyası vasitəsi ilə səsini ölkə başçısına çatdırmaq istəyənlərə himayədarlarının məsləhəti ilə "müxalifətçi" çamuru da atmaq istəyir. Biz, həmişə olduğu kimi, hər zaman korrupsioner məmurun, dələduz sahibkarın üstünə gedəcəyik. Gec-tez Rasim Məmmədovu himayə edənlər vəzifələrindən gedəcək. Görək, onda Rasim Məmmədov hara qaçıb gizlənəcək?».

Sonda sabiq millət vəkili prezident İlham Əliyevə müraciət edib: «Fürsətdən istifadə edərək, sizin vasitənizlə ölkə başçısı, cənab İlham Əliyevə müraciət edərək, "Baku Steel Company" MMC-nin bu biabırçılığını durdurmağı ve günahkarları, o cümlədən "qoçu dəstələrini" sahibkarların obyektlərindən, küçələrdən yığışdırmaq üçün hüquq-mühafizə orqanlarının vəzifələrini yerinə yetirmələri üçün göstəriş verməyi xahiş edirəm».

Geri qayıt