Əsas Səhifə > Cəmiyyət > İCRA HAKİMİYYƏTLƏRİNƏ YENİLİK GƏTİRİLİR

İCRA HAKİMİYYƏTLƏRİNƏ YENİLİK GƏTİRİLİR


27-02-2013, 11:58
İCRA HAKİMİYYƏTLƏRİNƏ YENİLİK GƏTİRİLİR
"2-Cİ ŞƏXS" İNSTİTUTU LƏĞV EDİLƏCƏK

Bir çox hallarda əhalinin narazılığına səbəb olan, rayonlarda başçıların kassası və qoçusu rolunu oynayan və başçılar tərəfindən özləri ilə yanlarında rayonlara apardıqları «ikinci şəxs institutu» ləğv olunur.

PİA.AZ-a daxıl olan məlumatda bildirilir ki, son sosial partlayışlardan sonra rayon icra hakimiyyətlərində dəyişiklik edilməsinə başlanılıb. Belə ki, artıq uzun illərdir ki, icra başçılarının əksəriyyəti özləri ilə rayonlara «ikinci şəxs» aparır və bir qayda olaraq rayonların «idarəsi» ilə məhz bu ikinci şəxslər məşğul olurdu. İcra başçısıları qarşısında da rayonda baş verən hər şeyə görə məhz bu «ikinci şəxs»lər birbaşa məsuluyyət daşıyırdılar. Adətən «ikinci şəxs»lər icra başçılarının yaxın qohumları, ya da onlara çox yaxın adamdılar. Bu adamlar həmçinin «aylıq haqqların» toplayır, bütün rayonun idarəsini öz əllərində cəmləyirlər. «İkinci şəxs»lərin fəaliyyət göstərdiyi rayoonlarda adətən yerli şəxs olan birinci müavin postu formal xarakter daşıyırdı.

Məhz bu «ikinci şəxs»lərin fəaliyyəti yerlərdə ciddi narazılıq obyektinə çevrildiyi üçün İsmayıllıda baş verən məlum sosial hadisələrdən sonra, Prezident Adminstrasiyasında «ikinci şəxs» «institutunun» ləğv olunması haqqında qərar qəbul edilib. Artıq bir çox rayonlarda icra başçılarının «ikinci şəxs» ləri vəzifələrindən uzaqlaşdırılıb. Onlar adətən Bakıya bizneslə məşğul olmağa gəlirlər və həmin biznes isə icra başçılarının biznesidir.

Daxil olan məlumatda bildirilir ki, hazırda rayonlarda adətən yerli sakinlərdən təyin olunan birinci müavinlər aktivləşdirilir. Bu isə icra başçılarını ciddi şəkildə narahat etməyə başlayıb. Çünki sosial narazılıqlar davam etdiyi şəraitdə yerli sakinlərin icra başçısı təyin olunması qaçınılmaz olacaq. Bu üzdən artıq bir çox rayonlarda birinci müavinlər başçı gəlmək üçün Bakıda ciddi işlər aparırlar və bu üzdən bir çox rayonlarda icra başçıları ilə, onların yerli birinci müavinləri arasında ciddi problemlər yaranmağa başlayıb. Nümunə olaraq mənbə bildirir ki, hazırda belə bir vəziyyət ən ağır şəkildə Lerik rayonunda müşayət olunur. Belə ki, uzun illər boyu Lerikdə birinci müavin postunda çalışan Cəlil Baxşıyev,icra başçısı Rövşən Bağırovu əvəzləmək üçün bütün imkanlarını səfərbər edib. Bu isə başçı ilə onun birinci müavini arasında ciddi qarşıdurmanın yaranmasına səbəb olub və artıq bu qarşıdurma rayonda hiss olunur.

Bir çox rayonlarda da eyni prossesin getdiyinə diqqət çəkən mənbə bildirir ki, yeni qəbul olunmuş qərar rayonlarda daha ciddi problemlərin yaranmasına səbəb ola bilər ki, bu da artıq hakimiyyət dairələrini narahat etməyə başlayıb.

Geri qayıt