Əsas Səhifə > Gündəm, Manşet > ELŞAD ABDULLAYEV «MÖVZUDAN KƏNARA» ÇIXA BİLƏR

ELŞAD ABDULLAYEV «MÖVZUDAN KƏNARA» ÇIXA BİLƏR


27-02-2013, 10:48
ELŞAD ABDULLAYEV «MÖVZUDAN KƏNARA» ÇIXA BİLƏR
KEÇMİŞ REKTORA BAKIDAN YENİ VİDEO MATERİALLAR GÖNDƏRİLİB

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yeni videobombardmana start verəcəyi haqda hələ qabaqcadan məlumatlar yayılıb və bu gün yeni materialın açıqlanması gözlənilir.

Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbələr bir ilginc faktı da açıqlayıblar. Bilgili qaynağın iddialarına görə, keçmiş rektora Bakıdan müəyyən dairələr tərəfindən təkliflər edilməyə başlanılıb. Belə ki, artıq onun populyarlılığı nəzərə alınaraq Elşad Abdullayevə Bakıdan maraqlı gizli videoçəkilişlərin göndərilməsi təklifi edilib:

«Bu gün çoxlarının əlində kifayət qədər videokompromatlar var və onlar Elşad Abdullayevin əli ilə həmin materialları yaymaq istəyirlər və artıq rektora belə bir təklif edilib».

Onu da bildirək ki, dünən «Facebook» sosial şəbəkəsində də Elşad Abdullayevin «mövzudan kənar» videolar yayacağı haqda məlumatlar yayılmışdı. Hər halda, bu xəbəri keçmiş rektorun Bakıdan edilən təkliflərə müsbət reaksiyası kimi də dəyərləndirmək olar. Həmin videomaterialların hədəfində kimlərin olacağı isə hələlik məlum deyil.

Geri qayıt