Əsas Səhifə > Gündəm, Manşet > AĞCABƏDİ SAKİNLƏRİ NECƏ OLDU GİROV DÜŞDÜ?

AĞCABƏDİ SAKİNLƏRİ NECƏ OLDU GİROV DÜŞDÜ?


27-02-2013, 08:55
AĞCABƏDİ SAKİNLƏRİ NECƏ OLDU GİROV DÜŞDÜ?
İCRA BAŞÇISINA GÜVƏNƏN BAZARKOM HƏTTA KÜÇƏLƏRİ DƏ ÖZƏLLƏŞDİRİB

DİA.AZ: - Redaksiyamıza bir qrup Ağcabədi rayon sakini şikayət ərizəsi ilə müraciət edərək, rayon bazarının müdirindən giley-güzar ediblər. Müraciət müəllifləri bildirirlər ki, onların yaşadıqları 28 May küçəsi Ağcabədi bazarının yanında olduğundan günləri göy əskiyə bürünüb.

Şikayətçilər DİA.AZ-a yazır: «Bazarkom Qəhrəmanın iştahası elə böyükdür ki, bazar ərazisinə bitişk küçələri də bazarın içinə qatmaqdadır. Artıq yaşadığımız 28 May küçəsinə polkalar düzülüb. Hətta qanuni evlərimizin qapısına yaxınlaşmağımız da çətinləşib. Elə bil ki, bazarın içində yaşayırıq».

Narazı vətəndaşlar bildirir ki, bununla əlaqədar yerli icra orqanlarına şikayət ediblər: «Amma icra başçısı Şahin Məmmədova etdiyimiz şikayətdən sonra bazar rəhbərliyinin sakinlər üçün ayırdığı dar keçid də kəsildi. Yəni bununla bizə rəsmən demiş oldular ki, hara istəyiriksə, şikayət edək, xeyri olmayacaq».

Onların sözlərinə görə, əslində bazarkom Qəhrəmanın arxasında elə icra başçısının özü dayanır: «Hər halda, Şahin Məmmədovun icazəsi olmadan kiminsə camaata bu şəkildə zülm etməsi mümkün deyil. Bu gün qapımızın ağzında qurulan bazar səbəbindən kimsə evdən çölə çıxa bilmir. Özümüzü girov kimi hiss edirik. Çölə çıxanlar da bazarın yığışmasını gözləyir. Xahiş edirik, bu dərdimizə əncam çəkin».

AĞCABƏDİ SAKİNLƏRİ NECƏ OLDU GİROV DÜŞDÜ?
AĞCABƏDİ SAKİNLƏRİ NECƏ OLDU GİROV DÜŞDÜ?
AĞCABƏDİ SAKİNLƏRİ NECƏ OLDU GİROV DÜŞDÜ?

Geri qayıt