Əsas Səhifə > Ölkə, Manşet > 3 İCRA BAŞÇISININ SƏRƏNCAMI ARTIQ HAZIRDIR

3 İCRA BAŞÇISININ SƏRƏNCAMI ARTIQ HAZIRDIR


26-02-2013, 14:41
3 İCRA BAŞÇISININ SƏRƏNCAMI ARTIQ HAZIRDIR
KİMİN BİRİNCİ GEDƏCƏYİ MƏLUM DEYİL

DİA.AZ: - «Prezidentin 12 fevral müşavirəsindən sonra bir sıra icra başçılarının vəzifələrindən azad edilməsi nəzərdə tutulur. Artıq iki icra başçısı vəzifəsindən azad edilib. Bunun davamı da olacaq». Bu sözləri redaksiyamıza Nazirlər Kabinetindəki bilgili qaynaq ötürüb.

Xatırladaq ki, hələ xeyli əvvəldən bir neçə icra başçısının vəzifəsindən alınacağı haqda xəbər vermişdik. Mənbəmiz bildirir ki, mart ayının əvvəllərindən etibarən daha üç icra başçısı vəzifəsindən azad edilməsi gözlənilir.

Onların kimliyinə gəlincə isə mənbəmiz bildirdi ki, təxminən 10 icra başçısı vəzifəsindən alınacaq: «Kimin sırada neçənci olacağını dəqiq demək mümkün deyil. Yalnız prezident sərəncamları imzaladıqca məlum olacaq. Çünki hər biri haqqında sərəncam demək olar ki, hazırdır».

Geri qayıt