Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCAN MN ERMƏNİLƏRƏ GÜLÜR
AZƏRBAYCAN MN ERMƏNİLƏRƏ GÜLÜR26-11-2011, 15:10 |
“KÖHNƏ SİLAH-SURSATLA TƏLİM KEÇİRSƏLƏR, NƏ DƏYİŞƏCƏK?” Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin işğal altında saxladıqları Azərbaycan ərazilərində hərbi təlimlər keçirməsinə münasibət bildirib. Trend-in sorğusunu cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev şənbə günü agentliyə bildirib ki, belə təlimlərin keçirilməsi nizam-intizamsiz ordu üçün heç nəyi dəyişməyəcək. "Nizam-intizamsız ordu, zəif maddi-texniki baza, köhnə silah-sursatla təlim keçirsələr, nə dəyişəcək, keçirməsələr, nə dəyişəcək. Onlar nə qədər hərbi təlim və ya hərbi parad keçirirsə, bir o qədər ordularının zəifliyi üzə çıxır", - Abdullayev əlavə edib. Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində ağır artilleriya və zirehli texnikalardan istifadə etməklə təlimlər keçirirlər. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib. Geri qayıt |