Əsas Səhifə > Cəmiyyət > ANS İKİ MƏTBU ORQANI MƏHKƏMƏYƏ VERDİ
ANS İKİ MƏTBU ORQANI MƏHKƏMƏYƏ VERDİ26-02-2013, 12:35 |
"YENİ MÜSAVAT" DA "AZNYUS"UN XƏBƏRİNƏ GÖRƏ CAVAB VERƏCƏK ANS Şirkətlər Qrupuna daxil olan "ANS PRESS Nəşriyyat evi" MMC "Yeni Müsavat" qəzetini və Aznews.az saytını məhkəməyə verib. Musavat.com-un məlumatına görə, məhkəmə iddiasına ANS PRESS-ə aid olan jurnalların bağlanması ilə bağlı xəbər səbəb olub. Yazıda "Hesabat" və “El” jurnallarının nəşrini dayandırdığı bildirdi. Qeyd edək ki, "Yeni Müsavat" xəbəri Aznews.az-a istinadən yayıb. Xəbərdə bildirilirdi ki, teleşirkət rəhbəri Vahid Mustafayev işçilərlə keçirdiyi toplantıda dərgiləri sərt şəkildə tənqid edib. “Yeni Müsavat” isə xəbərə yalnız “ANS PRESS Nəşriyyat Evi” MMC-nin zərərlə işlədiyini əlavə etmişdi. Bundan başqa, "Hesabat", "El" jurnallarının Azərbaycanın çap mətbuatındakı yeri, indiyədək çoxsaylı maraqlı layihələrə imza atdığı da qeyd olunmuşdu. “ANS PRESS Nəşriyyat Evi” MMC məhkəmə iddiasında Aznews.az saytından 100 min manat, "Yeni Müsavat" qəzetindən isə 20 min manat təzminat, eləcə də, hər iki cavabdehdən təkzib tələb edir. Geri qayıt |