Əsas Səhifə > Partiya > İRANDAN AİP SƏDRİNƏ AÇIQ DƏSTƏK

İRANDAN AİP SƏDRİNƏ AÇIQ DƏSTƏK


26-02-2013, 12:01
İRANDAN AİP SƏDRİNƏ AÇIQ DƏSTƏK
İRANLI PARLAMENTARİ MÖVSÜM SƏMƏDOVA SAHİB ÇIXDI

DİA.AZ: - Ali Məhkəmə bir neçə gün öncə Hacı Mövsüm Səmədovun şikayəti ilə bağlı keçirilən məhkəmədə əvvəlki məhkəmə instansiyalarının hökmünü qüvvədə saxlayıb. DİA.AZ bildirik ki, bu hadisəyə fars-molla rejimindən reaksiya gəlib. belə ki, İran İslam Şura Məclisinin nümayəndəsi Məhəmməd İsmayıl Səidi olayla bağlı İranın xüsusi xidmət orqanlarının Azərbaycana qarşı təbliğat məqsədilə fəaliyyətə saldığı “AranNews” portalına müsahibə verib. DİA.AZ həmin müsahibəni olduğu kimi diqqətinizə təqdim edir:

- Azərbaycan Respublikasının Ali Məhkəməsinin hacı Mövsüm Səmədovla bağlı son qərarına münasibətiniz necədir?

- Azərbaycan Respublikasının Ali Məhkəməsinin doktor Səmədovla bağlı əvvəlki məhkəmə instansiyalarının hökmünü qüvvədə saxlaması bir neçə əsas mövzunu işıqlandırır. Birncisi göstərir ki, Azərbaycan Respublikasının müstəqillik qazanmasından 20 il ötməsinə baxmayaraq, hələ də ictimai lider və elitanın tənqidinə dözə biləcək həddə siyasi tutumu yoxdur. İkincisi, islamçılara qarşı ağır və ədalətsiz hökmlərin çıxarılması bir daha sübut etdi ki, dövlət demokratiya və insan haqları prinsiplərinə sadiq qalmasını iddia etsə də bunun Azərbaycanın siyasətində yeri yoxdur. Onlar hətta xalqın öz dini və milli etiqadlarını müdafiə etmələrinə belə dözə bilmirlər.

- Sizin nəzərinizcə, Azərbaycanın məhkəmə sisteminin hazırkı dövrdə bu addımı atmasının səbəbi nədir və Azərbaycan ictimaiyyətini buna necə yanaşır?

- Doktor Səmədovun 12 il həbs cəzasının öz qüvvəsində saxlanılması, hüquqi bir iş olmasından qabaq siyasi bir addımdır və bu günləri artıq xalq belə siyasi hökmləri qəbul edə bilmir. Dövlətin əsil İslamın Azərbaycan Respublikasında genişlənməsindən qorxması, onu anti-İslam siyasətləri yeritməyə vadar etmişdir. Halbuki, dövlət rəhbərləri bu məsələni hərtərəfli araşdırsalar, başa düşəcəklər ki, bu siyasətin heç bir nəticəsi yoxdur. İslam və onun məfhumları fikri bir məsələdir. Azərbaycan xalqı da müsəlmandır və onları zorla İslamdan ayırmaq olmaz. Kommunistlərin boyunduruğundan yaxa qurtarmış xalq bir daha qərbin liberal demokratiyası ətəyinə düşmək istəmirlər. Onlar öz tarixi, dini və milli dəyərlərinə qayıtmaq istəyirlər.

Əgər iki il öncə xalq təkcə dini məhdudiyyətlərə etiraz edirdilərsə, indi görürük ki, Quba və İsmayıllı xalqı eynilə doktor Səmədovun öz məşhur çıxışında söylədiklərini fikirlərlə çıxış edirlər. bu günləri Quba xalqı fəsad, yad mədəniyyətin tərvici, rüşvət, qeyri-sağlam idarə sistemi, hakimiyyətin zor göstərməsi, xalqı aldatması ilə müxalifət edirlər. Bu doktor Səmədovun iki il öncə öz çıxışında geniş tənqid etdiyi mövzunun eynidir. Həqiqətdə o tarixi çıxış ümumi xalqın istəkləri idi ki, doktor Səmədovun dili ilə cari oldu və o, öz azadlığını xalqın istəklərinin bəyan edilməsinə fəda etdi. Xalqın da bundan sonra özlərinə inamı artdı. İsmayıllı xalqının qiyamından dərhal sonra doktor Səmədovun həbsinin öz qüvvəsində saxlanılmasının sirri bu mövzudadır. Adətən, İslam alimləri həmişə xalqın danışan dildir.

Geri qayıt