Əsas Səhifə > Dünya > SURİYA MÜXALİFƏTİNDƏN UĞURLU ƏMƏLİYYAT

SURİYA MÜXALİFƏTİNDƏN UĞURLU ƏMƏLİYYAT


26-02-2013, 11:24
SURİYA MÜXALİFƏTİNDƏN UĞURLU ƏMƏLİYYAT
BƏŞƏR ƏSƏDİN 2 TƏYYARƏSİ VURULUB

Suriyada Hələbin Xan əl-Əsəl rayonunda qiyamçılar hakimiyyətin 2 hərbi təyyarəsini və bir helikopterini yerə salıblar.

SalamNews “aljazeera.net”ə istinadla xəbər verir ki, Azad Suriya ordusunun bildirdiyi məlumata əsasən, vurulan hərbi təyyarələri və helikopteri idarə edənlərin hamısı həlak olublar.

İnsan hüquqlarının müdafiəsi komitəsi fəallarının məlumatına əsasən, dünənki qarşıdurmalar nəticəsində Suriyada 115 nəfər ölüb, onların əksəriyyəti Dəməşq, Hələb və İdlibdə olub.

Dəməşqdə təqribən 300 əsgərin ordu sıralarından ayrıldığı bildirilir.

Fəalların dediyinə görə, bu gecə Dəməşqin Əbbasiyyun bölgəsində minalanmış bomba partladılıb. Tələfat barədə məlumat yoxdur.

Bu arada Suriyanın dövlət xəbər agentliyi məlumat yayıb ki, silahlı qruplaşmaların sıralarında Çeçenistan, Kosovo, Tunis, Liviya kimi ölkələrdən gətirilmiş muzdlular da var.

Geri qayıt