Əsas Səhifə > Dünya > PAYTAXTDA RUSİYA BAYRAĞI YANDIRLDI

PAYTAXTDA RUSİYA BAYRAĞI YANDIRLDI


26-02-2013, 10:56
PAYTAXTDA RUSİYA BAYRAĞI YANDIRLDI
GÜRCÜLƏR SOVET İŞĞALINI BELƏ ANDILAR

Ötən gün Gürcüstanda Tiflisin Sovetlər Birliyi tərəfindən işğal edilməsinin ildönümü münasibətilə etiraz aksiyası keçirilib. Tiflisdə keçmiş parlament binasının önünə toplaşan ictimai birlik nümayəndələri və Milli Demokratiya Partiyasının üzvləri SSRİ-nin 1921-ci ildə Tiflisi işğal etməsinə və hazırda Abxaziya və Çxinvali bölgələrində rus hərbçilərinin yerləşdirilməsinə qarşı etiraz ediblər.

"Bolşevik Rusiyasının Tiflisi işğal etməsindən 90 ildən çox vaxt keçib, amma Gürcüstan hələ də Rusiyanın işğalı altındadır. Abxaziya və Çxinvali kimi bölgələrimizdə hələ də rus alayları var. Ölkəmiz 1921-ci ildə başlayan işğaldan qurtulmaq üçün əlindən gələni edir və biz də bu məsələdə nə isə etməliyik", - Giorgi Tsiklauri adlı aksiya iştirakçısı

Milli Demokratiya Partiyasının sədri Baçuki Kardava isə işğal davam etdikcə Rusiya ilə siyasi arenada bir araya gəlməyəcəklərini deyib: "Hökumətimiz Rusiyanın hakim olduğu hər hansı birliyə qoşulmayacağını açıq-aşkar bildirməlidir. Biz Avropa-Atlantik inteqrasiyasına üstünlük veririk".

Nümayişçilər isə aksiya zamanı Rusiya bayrağını da yandırıblar. Dünən həmçinin hazırda İsveçrə səfirliyi kimi istifadə olunan keçmiş Rusiya səfirliyinin binası önündə də bir qrup gənc fləşmob keçirib. Qeyd edək ki, 25 fevral hər il Gürcüstanda "Sovet İşğalı Günü" kimi qeyd edilir.

Geri qayıt