Əsas Səhifə > Hadisə > BAKIDA DƏHŞƏTLİ YANĞIN

BAKIDA DƏHŞƏTLİ YANĞIN


26-02-2013, 10:36
BAKIDA DƏHŞƏTLİ YANĞIN
YANĞIN SÖNDÜRÜLDÜKDƏN SONRA MEYİT TAPILIB

Bakı şəhərinin Xəzər rayonu ərazisində dəhşətli yanğın hadisəsi baş verib. Xəzər rayon Yanğından Mühafizə bölməsindən Lent.az-a verilən məlumata görə, Əncirlik qəsəbəsində yeni tikilmiş evlərdən biri tamamilə yanıb. Yanğın söndürüldükdən sonra evdən 50-55 yaşlı kişiyə məxsus meyit tapılıb. Meyit ekspertizaya göndərilib.

Faktla əlaqədar müvafiq orqanlarda araşdırmalar aparılır. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Geri qayıt