Əsas Səhifə > Hadisə > SİYƏZƏNDƏ İKİ YÜK MAŞINI TOQQUŞDU

SİYƏZƏNDƏ İKİ YÜK MAŞINI TOQQUŞDU


26-02-2013, 10:31
SİYƏZƏNDƏ İKİ YÜK MAŞINI TOQQUŞDU
QƏZADA SÜRÜCÜLƏRDƏN BİRİ ÖLÜB

Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 95-ci kilometrliyində Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Tovuz rayonu sakini, 1971-ci il təvəllüdlü Abdullayev Faiq İsmayıl oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 CB 650 dövlət nömrə nişanlı yük maşını ilə eyni istiqamətdə hərəkət edən Şərur rayon sakini, 1962-ci il təvəllüdlü Əşrəfov Elyar Əkbər oğlunun idarə etdiyi 90 JV 373 dövlət nömrə nişanlı yük avtomobili toqquşub. Qəza nəticəsində F.Abdullayev dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt