Əsas Səhifə > Cəmiyyət > ƏVƏZ ZEYNALLI TƏCRİDXANA RƏİSİNİMƏHKƏMƏYƏ VERDİ

ƏVƏZ ZEYNALLI TƏCRİDXANA RƏİSİNİMƏHKƏMƏYƏ VERDİ


25-02-2013, 11:05
ƏVƏZ ZEYNALLI TƏCRİDXANA RƏİSİNİMƏHKƏMƏYƏ VERDİ
Ötən il sabiq deputat Gülər Əhmədovanın şikayəti ilə həbs olunmuş və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi gedən «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə qarşı iddia qaldırıb.

Mia.az-a daxil olan xəbərdə bildirilir ki, baş redaktor və onun vəkili təcridxanaya qarşı iddia qaldıraraq, görüşlərinin konfedensiallığına imkan verilməməsindən narazılıqlarını bildiriblər: «Lakin işə baxan 2 saylı Bakı İnzibati İqtisadi Məhkəmə baş redaktor Əvəz Zeynallı ilə vəkili Elçin Sadıqovun şikayətlərini təmin etməyib. Ona görə də qərardan apellyasiya şikayəti verilib».

Məlumata görə, Əvəz Zeynallı ilə Elçin Sadıqovun birgə verdiyi apellyasiya şikayəti artıq Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxışa qəbul olunub: «İşə sözügedən məhkəmədə hakim Ülvü Mayılovun sədrliyi ilə baxılır. Hakim şikayət üzrə fevralın 27-nə proses təyin eləyib».

Geri qayıt