Əsas Səhifə > Dünya > ANGELA MERKEL TÜRKİYƏDƏ...

ANGELA MERKEL TÜRKİYƏDƏ...


25-02-2013, 09:57
ANGELA MERKEL TÜRKİYƏDƏ...
XANIM KANSLER "PATRİOT"LARI DA ZİYARƏT EDİB

Almaniyanın kansleri Angela Merkel Türkiyəyə rəsmi səfərə gedib.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, baş nazir Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə iki günlük səfərə gələn A.Merkel ilk olaraq Gaziantəp şəhərinə gedib. Hava limanında qubernator Ərdal Ata, Böyükşəhər Bələdiyyəsinin sədri Asim Gözəlbəy tərəfindən qarşılanan A.Merkel onların müşayiəti ilə Kahramanmaraşa gedib.

Almaniyanın kansleri "Patriot" hava hücumundan müdafiə sisteminin quraşdırıldığı Qazi hərbi kazarmasında xidmət edən alman əsgərlərini ziyarət edib.

Geri qayıt