Əsas Səhifə > Dünya > FİDEL KASTRONUN QARDAŞI ZİRVƏDƏ

FİDEL KASTRONUN QARDAŞI ZİRVƏDƏ


25-02-2013, 09:23
FİDEL KASTRONUN QARDAŞI ZİRVƏDƏ
RAUL KASTRO YENİDƏN PREZİDENT SEÇİLDİ

Kuba Dövlət Şurasının sədri (prezident) Raul Kastro fevralın 24-də yenidən bu posta seçilib. Raul Kastronun 81 yaşı var. O, 2008-ci ildən prezident postundadır. 1959-2008-ci illərdə isə ölkəyə onun qardaşı Fidel Kastro rəhbərlik edib.

612 nəfərlik Milli Assambleyada (parlament) keçirilən seçkidə birinci vitse-prezident postunu sabiq təhsil naziri Migel Dias-Kanel Bermudes tutub. 53 yaşlı Migel Dias-Kanel Bermudesin adı gələcək dövlət başçısı kimi hallandırılır.
\ mediaforum.az \
Geri qayıt