Əsas Səhifə > Ölkə > ZİYAD SƏMƏDZADƏ EVƏ BURAXILDI

ZİYAD SƏMƏDZADƏ EVƏ BURAXILDI


26-11-2011, 11:56
ZİYAD SƏMƏDZADƏ EVƏ BURAXILDI

MİLLİ MƏCLİSİN DEPUTATI XƏSARƏT ALIB

Azərbaycan Milli Məclisinin deputatı yol qəzasına düşüb. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.

Hadisə noyabrın 25-də Binəqədi rayonu Cəfər Xəndan küçəsində qeydə alınıb. Millət vəkili Z. Səmədzadənin xidməti maşını, “Nissan” markalı, 10 AA 411 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə hər iki maşının sürücüsü və Z. Səmədzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşərək xəsarət alan Z. Səmədzadə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədridir.



YENİLƏNDİ

Yol qəzasına düşən Azərbaycan Milli Məclisinin deputatı Ziyad Səmədzadə xəstəxanadan evə buraxılıb.

Bu barədə APA-ya açıqlamasında Klinik Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov məlumat verib. Onun sözlərinə görə, Z. Səmədzadə qol sınığı ilə xəstəxanaya daxil olub, tibbi yardım göstərildikdən sonra evə buraxılıb. T. Bəbirov millət vəkilinin digər xəsarətlərinin olmadığını qeyd edib.

Qeyd edək ki, hadisə noyabrın 25-də Binəqədi rayonu Cəfər Xəndan küçəsində qeydə alınıb. Millət vəkili Z. Səmədzadənin xidməti maşını, “Nissan” markalı, 10 AA 411 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə hər iki maşının sürücüsü və Z. Səmədzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşərək xəsarət alan Z. Səmədzadə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədridir.


Geri qayıt