Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVİ KİMİN ƏVƏZEDƏCƏYİ BƏLLİ OLUB

RAMİZ MEHDİYEVİ KİMİN ƏVƏZEDƏCƏYİ BƏLLİ OLUB


24-02-2013, 13:01
RAMİZ MEHDİYEVİ KİMİN ƏVƏZEDƏCƏYİ BƏLLİ OLUB
BİR MÜDDƏT ƏVVƏL VƏZİFƏSİ ARTIRILAN ƏLİ ƏSƏDOV İRƏLİLƏMƏKDƏDİR

DİA.AZ: - Son zamanlar iqtidar içində çox ciddi toqquşmalar müşahidə olunmaqdadır ki, bunun da təzahürlərinə yetərincə şahidlik etmişik. Məsələn, lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin yaratdığı videoajiotaj haqlı olaraq ekspertlər tərəfindən hakimiyyətdaxili qovğalar kimi dəyərləndirilir. Eyni zamanda müxtəlif istiqamələrdən də bu toqquşmaları sezmək mümkündür. Ən acımasız mübarizənin isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı yaranmış cəbhədə cərəyan etməsi heç şübhəsizdir.

Bu barədə DİA.AZ-a yeni məlumatlar daxil olub. Bilgili qaynaqların redaksiyamıza ötürdüyü xəbərlərdən belə aydın olur ki, Ramiz Mehdiyevə qarşı bu gün hakimiyyətin bir neçə cinahından hücum var: «Burada daha çox diqqətçəkəni əgər özünü prezidentin komandası kimi təqdim edən qrupun fəaliyyətidirsə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və həmçinin daha iki nazirin də Mehdiyevə qarşı çox ciddi saaş aparması faktdır və bu da sonucda PA şefinin təklənməsinə nədən olub».

Hətta bu halda belə Ramiz Mehdiyevin kifayət qədər ciddi müqavimət göstərdiyini bildirən qaynağımız onu da əlavə etdi ki, amma yekunda PA rəhbəri vəzifəsində dəyişiklik qaçılmaz olacaq: «Artıq Ramiz Mehdiyevi kimin əvəzləyəcəyi də məlumdur. Bu posta keçən ilin sonlarına yaxın PA-da vəzifəsi böyüdülən Əli Əsədovun gətirilməsi gözlənilir».

Mənbəmiz bildirdi ki, artıq Əli Əsədovun Ramiz Mehdiyevin yerinə hazırlanması xəbəri iqtidar dəhlizlərində də ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Geri qayıt