Əsas Səhifə > Dünya > DEMOKRTA PARTİYASI HƏLƏ Kİ ÖNDƏDİR

DEMOKRTA PARTİYASI HƏLƏ Kİ ÖNDƏDİR


24-02-2013, 12:38
DEMOKRTA PARTİYASI HƏLƏ Kİ ÖNDƏDİR
İTALYAN XALQI PARLAMENTİNİ SEÇİR

Bu gün İtaliyada parlament seçkiləri başlayır. Səsvermə 2 gün ərzində keçiriləcək. 47 milyon əhalinin seçici qabiliyyətli olduğu bildirilir. Bu seçkilərdə parlamentdə təmsil olunmaq üçün 4 partiya nümayəndəsi mübarizə aparır. Son sorğulara görə, Silvio Berluskoni, Mario Monti, Pyer Mario Bersani və Cuzeppe Qrillo arasındakı mübarizədə sol-mərkəz yönümlü Demokrat partiyasının sədri Pyer Mario Bersani favorit sayılır.

Bir sıra sosioloji sorğularda komediya aktyoru Cuzeppe Qrillonun da populyarlığı nəzərə çarpır. Qeyd edək ki, İtaliyadakı seçkilər planlaşdırıldığından 2 ay tez keçirilməli olub. Buna səbəb bir müddət öncə Silvio Berluskoninin partiyasının Mario Monti hökumətini dəstəkləməməsi olub.

Bu gün və sabah İtaliya parlamentinin həm aşağı, həm də yuxarı palatası olan Senata seçkilər keçirilir. Senata seçkilər regional əsasda keçirilir və onlarda yalnız 25 yaşdan yuxarı vətəndaşlar iştirak edə bilərlər.

İtaliyada parlament seçkilərinin nəticəsi Brüsseldə narahatlıq doğurur, çünki Avropa Birliyi yeni seçiləcək hökumətin sərt büdcə iqtisadiyyatı tədbirlərindən imtina edəcəyindən ehtiyat edir.

Geri qayıt