Əsas Səhifə > Gündəm, Manşet > SAATLIDA VƏHABİLƏRDƏN ŞOK VƏHŞİLİK

SAATLIDA VƏHABİLƏRDƏN ŞOK VƏHŞİLİK


24-02-2013, 12:31
SAATLIDA VƏHABİLƏRDƏN ŞOK VƏHŞİLİK
SON ZAMANLAR DAYAQLARI MÖHKƏMLƏNƏN VƏHABİLƏR QƏBİRLƏRİ DAĞIDIB

DİA.AZ: - Saatlı rayonunda qəbristanlıq dağıdılıb. Bu barədə Saatlı rayonunun Musalı kənd sakinləri məlumat veriblər.

Onların bildirdiyinə görə, ötən gecə naməlum şəxslər tərəfindən Saatlı rayonunun Musalı kəndində yerləşən qəbristanlıqda 60-a yaxın qəbrin baş daşları sındırılıb və aşırılıb.

Saatlı rayon Pois Şöbəsindən məsələnin hələlik araşdırıldığını bildiriblər.

DİA.AZ-a Saatlı sakinlərinin bildirdiklərindən isə belə aydın olur ki, qəbrilərin dağıdılmasında yerli sakinlər vəhabilərdən şübhələnirlər. Sakinlər bildirir: “Son zamanlar rayon ərazisində vəhabilərin sayı durmadan artmaqdadır. Müxtəlif şirnikləndirici təkliflər hesabına gəncləri öz sıralarına qatan vəhabilər az qala bütün kəndlərdə özlərinə dayaq yaradıblar.”

Qeyd edək ki, vəhabilər Azərbaycan ərazisində buna qədər də müqəddəs priləri, qəbirləri dağıtmaları ilə diqqətə gəliblər.

Geri qayıt