Əsas Səhifə > Güney Press, Araşdırma > ƏRDƏBİLİN İMAM-CÜMƏSİ ÖZ AMLUASINDA

ƏRDƏBİLİN İMAM-CÜMƏSİ ÖZ AMLUASINDA


24-02-2013, 12:20
ƏRDƏBİLİN İMAM-CÜMƏSİ ÖZ AMLUASINDA
"ELƏ BİL GÖYDƏN BƏLA YAĞIR"

DİA.AZ: - Özünün antiAzərbaycan mövqeyi ilə seçilən Ərdəbilin imam-cüməsi yenə də Azərbaycana qarşı sərt ifadələr işlədib. DİA.AZ bildiri ki, bu, İRNA-nın verdiyi məlumatdan anlaşılır.

Həmin xəbəri olduğu kimi təqdim edirik: "Ərdəbilin imam cüməsi cümə namazının xütbələrində Xocalı faciəsinin ildönümünün yaxınlaşması münasibətilə bu ağır faciəyə toxunaraq deyib: "Bu acı hadisənin səbəblərinin kökləri araşdırılmasa, gələcəkdə də belə bir hadisənin şahidi ola bilərik".

İmam cümə Qarabağın ermənilərdən geri alınmasında Azərbaycan xalqının bu dövlətlə həmkarlıq etməməsinin səbəbini ölkə mediasının, xüsusilə də televiziya kanallarının ölkənin qeyrətli və şücaətli xalqının əxlaqına və iffətinə uyğun olmayan verlişlər verməsi olduğunu bildirib.

O, deyib: "Bu mövzunu Azərbaycanın özü keçən həftə rəsmi olaraq etiraf edərək dedi: Bu ölkəni fəsad elə bürüyüb ki, elə bil göydən bəla yağır".

Amili artırıb: "Biz Azərbaycan dövlətinin bu sözünü yaxşıya yozuruq və bildirirəm ki, neçə vaxtdır ki, bizim də sözümüz budur".

İmam cümə sonda dua edərək Mütəal Allahdan Öz rəhmətini Azərbaycan Respublikasına şamil etməsini və Qarabağın azad olunması ilə bu ölkə xalqını başıuca etməsini istədi".

Geri qayıt