Əsas Səhifə > Ölkə, Manşet > RAFİQ ƏLİYEVİ MEHDİYEV «VURUB»

RAFİQ ƏLİYEVİ MEHDİYEV «VURUB»


26-11-2011, 11:52
RAFİQ ƏLİYEVİ MEHDİYEV «VURUB»

«PA RƏHBƏRİ ZİYALININ NƏLƏRƏ QADİR OLDUĞUNU BİLİR»

DİA.AZ: - Bu günlərdə ADNA-dakı vəzifəsindən uzaqlaşdırılması böyük səs-küyə səbəb olan Rafiq Əliyev sonradan az qala hakim dairələrin təqdimatında «Xalq Düşməni»nə çevrildi. Eynən sovet dönəmlərində olduğu kimi Rafiq Əliyevə qarşı «dejurnı ziyalı» qruplarının «etiraz müraciətləri» ictimaiyyətə açıqlandı ki, bütün bunların da vahid mərkəzdən idarə olunması tam şübhəsizdir.

Bəs, Rafiq Əliyevin kimin qəzəbinə tuş gəlib?

Bu barədə redaksiyamıza çox ilginc məlumatlar daxil olub. Əslində bir qrup narazı ziyalının cəmləşdiyi Ziyalılar Forumunun iqtidar cinahında heç də normal qarşılanmadığını bildirən məlumatlı mənbə DİA.AZ-a açıqlamasında onu da qeyd etdi ki, sözügedən forum birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin hədəfindədir:

«Elə buna görə də Mehdiyevə yaxın qaynaqlar son gnülrə forumdakı digər ziyalılara qarşı da kampaniya aparırlar. Və hətta onlardan bəzilərinin açıq şəkildə şantaj edildikləri də söylənilir».

Mənbəmiz bildirir ki, Rafiq Əliyevə gəlincə isə, onun «vurulması» ilə bağlı təlimatı birbaşa olaraq Ramiz Mehdiyev verib: «Ramiz Mehdiyev özü də bir elm adamıdır və ziyalının cəmiyyətə təsir gücünü çox gözəl bilir. Ona görə də Mehdiyevin doktrinləri əsasında hərəkaət edən bu iqtidar iki ziyalının eyni çatı altında birləşməsini hər zaman çox sərt şəkildə qılınclayıb».

Özünün obyektiv və ədalətli mövqeyi ilə hakimiyyətin maraqlarına təhlükə hesa olunan Rafiq Əliyev isə bu iqtidar üçün arzuolunmaz şəxsdir: «Odur ki, Rafiq Əliyev «vuruldu». Hətta ictimai basqı olmasaydı, ona qarşı daha radikal addımlar atıla bilərdi».


Geri qayıt