Əsas Səhifə > Şou-biznes > ZORİK 5 ULDUZLU OTELDƏ

ZORİK 5 ULDUZLU OTELDƏ


26-11-2011, 11:29
ZORİK 5 ULDUZLU OTELDƏ

PRODÜSSER ÖZÜNƏ AD GÜNÜ KEÇİRMƏYƏ HAZIRLAŞIR

Populyar prodüser, daha çox Zorik kimi tanınmış Zöhrab Ağayev özünə dəbdəbəli ad günü keçirməyi planlaşdırır.

Day.Az-ın verdiyi məlumata görə, doğum gününün dekabrın sonlarında olmasına baxmayaraq, onu vaxtından əvvəl qeyd etməyə hazırlaşan Zorik məclisi Bakının beşulduzlu mehmanxanalarından birində təşkil edəcək. Orada Türkiyə estradasının ulduzu İbrahim Tatlısəsin verilişindəki çıxışı ilə məşhurlaşmış türk rəqqasə də olacaq.

"Ad günümdən sonra çəkdiyim kliplərdən ibarət DVD diskin təqdimatını keçirəcəyəm. Klipmeykerlərdən heç biri bunu etməyib", - deyə Zorik bildirib.


Geri qayıt