Əsas Səhifə > Hadisə > BAKIDA 2 NƏFƏR DİRİ-DİRİ YANDI

BAKIDA 2 NƏFƏR DİRİ-DİRİ YANDI


26-11-2011, 11:19
BAKIDA 2 NƏFƏR DİRİ-DİRİ YANDI

YANĞIN YOL QƏZASI NƏTİCƏSİNDƏ BAŞ VERİB

Bakıda dəhşətli yol qəzası baş verib.

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Hadisə ötən gecə Bakı-Ələt yolunda qeydə alınıb. Bakının Qaradağ rayonu ərazisində yüksək sürətlə hərəkət edən “İnfiniti” markalı avtomobil maneəyə çırpılıb. Nəticədə maşın alışıb. Avtomobildə olan iki nəfər - Elşən Gözəlov və Hilal Xankişiyev yanaraq ölüblər.

İlkin məlumata görə, hadisə buzlu yolda avtomobilin yüksək sürətlə idarə edilməsi nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt