Əsas Səhifə > Siyasət, Manşet > 2013-CÜ İL: HAKİMİYYƏTİN SONU OLA BİLƏR

2013-CÜ İL: HAKİMİYYƏTİN SONU OLA BİLƏR


26-11-2011, 11:15
2013-CÜ İL: HAKİMİYYƏTİN SONU OLA BİLƏR

BU DƏFƏ İNQİLAB YAP KOMANDASININ DAXİLİNDƏ GÖZLƏNİLİR

DİA.AZ: - Azərbaycanda cəmiyyətdən gizli saxlanılan büdcənin və bu büdcəyə nəzarət edən - şərti olaraq gizli hökumət adlandırdığımız, qrupun mövcudluğu danılmaz faktdır. Əslində, gizli büdcədə cəmləşən kapitalın real büdcədəki kapitaldan daha çox olduğu da faktdır.Bu gün ölkədə baş verən bir sıra siyasi proseslərin, siyasi çəkişmələrin əsl mahiyyətində də məhz sözügedən gizli kapitala nəzarət etmə iddiaları dayanır. Apardığımız son araşdıamalar nəticəsində maraqlı faktlar əldə etdik.

Həmin faktlara keçməmişdən öncə, gəlin, dünya praktikasında ümumiyyətlə, gizli büdcənin olub-olmaması məqamlarına diqqət ayıraq. Götürək, elə qonşu Türkiyəni. Hələ 1992-93-cü illərdə Türkiyədə təsdiqləndi ki, büdcədən əlavə baş nazirin birbaşa tabeliyində olan və xərclənmə təyinatı göstərilməyən qapalı büdcə var.

Bu məsələyə görə Türkiyədə uzun illər baş nazir vəzifəsini tutmuş Tansu Çillərin başı ağrıdı. Amma bu da təsdiqləndi ki, Tansu Çillər pulları digərlərindən fərqli olaraq Türkiyə dövlətinə düşmənçilik edən qrupların məhv edilməsi istiqamətində istifadə edib və ortalıqda heç bir mənimsəmə faktı yoxdur. Yəqin ki, kifayət qədər maraqlı faktdır.

Belə bir praktika İsrail dövlətində də mövcuddur ki, bu büdcə ilə adı az qala əfsanələşən MOSSAD-ın fəaliyyəti qurulur. Yaxın Şərq ölkələrində də gizli büdcənin mövcudluğu inkar edilməzdir.

Bu baxımdan ən eybəcər variant Türkmənistanda tətbiq edilmişdi. Əslində dövlətə məxsus vəsait dövlət büdcəsinə daxil edilməmiş, əksinə, o zamankı prezident Səfərmurad Türkmənbaşının şəxsi bank hesablarına ötürülmüşdü.

Ümumiyyətlə, 2001-ci ilin 11 sentyabr terror olaylarına qədər əksər ölkələrdə külli miqdarda dövlət vəsaitləri mənbəyi məlum olmayan gizli hesablarda dövr etməkdə idi. Amma ABŞ-da iki göydələnin partladılmasından sonra vəziyyət nisbətən dəyişdi. ABŞ, daha sonra bir sıra Avropa ölkələri bank hesablarına nəzarət sistemini gücləndirməyə başladılar. İlkin addım olaraq hansısa hesabdan digərinə bir milyon dollardan artıq pul keçirildisə, həmin an o hesabların kimliyi araşdıaılır, proses dərhal nəzarətə götürülürdü.

Digər tərəfdən bu dövlətdə yerləşən bankalarda külli miqdarda vəsaitin cəmləşdiyi və mənbəyi məlum olmayan hesablara müvəqqəti xarakteali olsa da, həbs qərarı qoyuldu.

Xatirinizdədirsə, həmin ərəfədə müxalifət qəzetləri Azərbaycanın ayrı-ayrı məmurlarının bank hesablarına əl qoyulduğu haqda informasiyalar dərc etməkdə idi. Lakin həmin məsələ o zamanlar sirr olaraq qaldı və açılmadı ki, nədən məhz həmin ərəfədə Azərbaycan məmurlarının bank hesabları dondurulurdu. İndi isə hər şey aydın olur.

Bu olay istər-istəməz gizli büdcəsini özgə dövlətlərin banklarında saxlayan dövlətlərə də təsirsiz ötüşmədi. O cümlədən Azərbaycana da. Ümumi müşahidələrdən və rəylərdən belə qənaəti ortaya çıxarmaq olar ki, 2001-ci ilə qədər Azərbaycana məxsus gizli büdcədə cəmləşən vəsaitin çox böyük bir hissəsi ABŞ-da və İsraildə yerləşən banklarda saxlanılıb. ABŞ super dövlət olması səbəbindən seçilmişdisə, İsrail də bir sıra məsələlərdə Azərbaycanla eyni mövqe nümayiş etdirməsi səbəbindən bu siyahıya düşmüşdü.

Maraqlıdır ki, 2001-ci il olaylarından sonra bu vəsaitlərin üzərinə qoyulan məhdudiyyətlər də məhz MOSSAD-ın işə qarışmasından sonra götürüldü. Bununla Azərbaycan hökuməti gizli büdcənin qorunmasına, İsrail isə bu vəsaitə nəzarət etmə imkanlarını saxlamağa nail oldu. Amma hələlik.

İstər analitiklər, istərsə də iqtisadçılar çox gözəl bilirdi ki, günü-gündən şişən bu bank hesablarını elə banklarda da saxlamaq çox təhlükəli haldır. Və istənilən vaxt bu vəsaitlər mənşəyi məlum olmayan pullar siyahısına salınaraq müsadirə oluna bilər. Digər tərəfdən, prosesin içində olan bəzi dövlətlər bu hesablarla hakimiyyəti şantaj edərək lazımi nəticəni əldə edə bilərdilər. Yəni toplanmış gizli kapital artıq baş ağrısına çevrilmişdi.

Azərbaycan daxilində piramida şəkilli pul cəmləşdirmə mexanizmi hər an işləyir, vəsait isə artırdı. Digər tərəfdən, həyata keçirilən özəlləşdirmədən gələn vəsaitin də çox böyük bir hissəsi əldə qalmışdı və bir sıra danışıqlardan sonra bu pullar da İsraildə yerləşdirildi.

Nəhayət, adlarını çəkmək istəmədiyimiz bəzi iqtisadçılara maraqlı təklif verdilər. Toplanan kapital istehsalata yönəldilsin. Bununla həm əldə olunan kapital ölü pullar kateqoriyasından çıxa bilər, həm də dövriyyə arta bilər. Amma bu vəsaitlərin Azərbaycanda istehsala qoyulması çox təhlükəli nəticələr də verə biləradi. Həmin vaxtlara Azərbaycanın real dövlət büdcəsi bir milyard dollardan bir qədər artıq idisə, kənarda toplaşmış vəsait bundan 8-10 qat çox idi. Bu vəsaitin ölkəyə gətirilərək istehsalata yönəldilməsi ölkənin makroiqtisadi sistemini kökündən dəyişdirə və baş verə biləcək prosesləri məcrasından çıxara bilərdi. Ona görə də vəsaitin elə Azərbaycandan kənarda istehsalata yönəldilməsi qəaralaşdırıldı.

İlkin olaraq məkan kimi MDB, əsasən də Qazaxıstan, Özbəkistan, həmçinin Türkiyəyə meyl yarandı. Qısa zaman kəsiyində Türkiyədə alüminium, mebel və digər bu kimi zavod və fabriklər yaradıldı. Həmçinin Azərbaycanda da bir sıra zavodlar quruldu ki, onların istehsal etdiyi məhsullar da məhz xarici ölkələrdə satışa çıxarıldı. Amma bu əldə olan vəsaitin tam istehsala yönəlməsinə kifayət edə bilməzdi. Ən azı ona görə ki, hər ay Azərbaycan daxilindən xarici banklardakı hesablara pullar axışırdı. Məhz bu məqamda başqa maraqlı bir addım atıldı.

Gizli büdcənin formalaşmasında əsas aparıcı fiqurların özlərinə biznes strukturları qurmaq tapşırıldı. Bu səbəbdən də indi istənilən nazirin və ya yüksək səlahiyyətli məmurun xarici ölkələrdə zavodlarına, mağazalar şəbəkəsinə rast gəlmək olar. Beləliklə onların gizli büdcəyə keçirməli olduqları vəsaitin bir hissəsi müxtəlif işlərin həyata keçirilməsinə yönəldildi. Bu bir təaəfdən kölgədəki pulların təmizlənməsi mexanizmi rolunu oynayırdısa, digər tərəfdən də yeni problemlərin yaranmasına səbəb oldu. Fikir verin, son illərdə hakimiyyət daxilində baş verən qarşıdurmalaraın əksəriyyətinin qayəsində maliyyə resurslarına nəzarət etmə istəyi dayanır.

Diqqət edin, ölkənin vergi, gömrük sistemləri tamlıqla Kəmaləddin Heydərovun nəzarətinə keçəndən sonra ona qarşı ciddi kampaniyalara start verildi. Və yaxud Zakir Qaralov tikinti biznesinə başlayan kimi hədəfə götürüldü və baş prokurorun Gürcüstanda yaratdığı çınqıl zavodunun qalmaqalı da gündəmə gətirildi. Və yaxud Ziya Məmmədov benzin daşınmasında aktivliyini artıarn kimi, Rusiyada biznes əlaqələrini daha da ciddiləşdirmək istiqamətində addımlar atması ilə “vurulacaq məmurlara” siyahısına düşməsi bir oldu.

Bu baxımdan fəaliyyətinin əksər hissəsinə nəzarət etməyin mümkünsüzlüyü görünən kimi baş nazirin birinci müavini Abbas Abbasov “könüllü şəkildə” istefaya göndərildi.

Bütün bunlar isə təsdiqləyir ki, gizli büdcədə ciddi oğurluqlar baş verir və bu oğurluqları aradan qaldırmaq üçün əsas iştirakçılar zaman-zaman cəzalandırılır. Zənnimizcə həbsə atılan nazirlərin fəaliyyətində bu detal da önəmli yer tutub və bunların da üstü nə zamansa açılacaq. Amma bu artıq indidən kütləvi xarakter alıb.

Fikir veain, bir neçə il öncə “Caspian Fish” kimi bir şirkətə, tutumuna görə aparıcı nəşriyyatlardan birinə nəzarəti həyata keçirən Kəmaləddin Heydərovun əlindən almağa cəhd elədilər. Və yaxud tikinti işlərinə dünənə qədər parakəndə şəkildə olsa da, Cəlal Əliyev, Ziya Məmmədov, Zakir Qaralov və digərləri rəhbərlik edirdisə, indi bir sıra şirkətlərin gücü birləşdirilərək yeni yaranmış holdinq qruplara tapşırılılıb.

Beləliklə, yaranmış boşluqdan istifadə edərək gizli büdcədən oğurluq edənlərə qarşı sərt kampaniyanın artıq startı verilib. Və oğurlanmış vəsaitlərin geri qaytarılması üçün addımlar atılır. Sadəcə olaraq, gizli büdcəyə daxil olmalı olan vəsaiti biznesə yönəldən simalar indi bu vəsaiti özlərinki kimi əllərində saxlamaq istəyirlər.

Elə problem də bundan yaranır və onların hədəfə çevrilməsinə səbəb də məhz bu amillə bağlıdır. Amma onları da bir-bir başa salırlar ki, bu vəsaitlər sizin yox, gizli büdcənindir (Yeri gəlmişkən, keçmiş səhiyyə nazir Əli İnsanov məhkəmədə açıqlama verərək bildirmişdi ki, bəs ona məktəb tikdirmək, körpü salmaq tapşırığı verilib və o da bunlara əməl edib. Məhkəmədə isə Əli İnsanov narazı şəkildə bildirirdi ki, ona bu işi zorla gördürüblər. Əslində, Əli İnsanovu yandıran heç də xərclədiyi pullar deyil, çünki onsuz da həmin pullar Əli İnsanovun əlindən çıxıb. Əli İnsanov sadəcə, bununla hakimiyyətə mesaj yollamış oldu ki, daha qaranlıq məqamlara işıq sala bilər). Sözə qulaq asmayanlar isə bir-bir gizli hökumətdən kənarlaşdırılmaqdadır ki, günü bu gün də həmin proseslər davam etdirilir.

Təqribi hesablamalara görə, 2013-cü ilə qədər gizli hökumətin tərkibi tamamilə dəyişdiriləcək. Sözsüz ki, bu məsələ sakitçiliklə ötüşməyəcək. Çünki gizli büdcənin nəzarətçiləri olan bir neçə “balina” tam gücləri ilə müqavimətə hazırlaşırlar. Onların xeyrinə olan yeganə faktor isə qarşıdan gələn prezident seçkiləridir.

Yeri gəlmişkən, nəzarət sistemini artırmaq üçün atılan bir addımı da yada salaq. Prezident İlham Əliyev son parlament seçkilərindən dərhal sonra Korrupsiyaya Qarşı Mübarizəni genişlətdi. Bununla da əksər məmurun dünənki və bugünkü biznes fəaliyyətlərində yaranmış anlaşılmamazlıqlara hüquqi baxımdan nəzarət etmə mexanizmi formalaşdı. Bu həm də sözügedən gizli büdcəyə nəzarət imkanlarının yaradılması və genişləndirilməsi anlamını daşımaqda idi.

Amma bütün bu proseslərdə bir məqam yenə də unudulmuşdur ki, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Ramiz Mehdiyevin özü də gizli hökumətin əsas ideoloqlarındandır və bu hökumətdə aparıcı qanadlardan birinə rəhbərlik edir. Amma korrupsiyaya qaşı mübarizənin Baş Prokurorluğa həvalə edilməsi Ramiz Mehdiyevin imkanlarını məhdudlaşdırır. Yəni Ramiz Mehdiyevə kənardan hadisələrə nəzarət etmə imkanını itirib. Əslində bu imkanlarla o, özünə məxsus qrupun fəaliyyətini daha da genişləndirə bilərdi. Hadisələrin belə istiqamətlənməsini görən rəhbərlik məsələni Baş Prokurorluğa tapşırdı. Onların isə ilkin işi gizli büdcədən bəhrələnərək öz biznes şəbəkəsini quran məmurlardan deklorasiya tələb etmələridir.

Məsələyə o qədər də önəm verməyən məmualar isə vəsaitin böyük bir hissəsini gizlədərək qapalı çalarlarla zəngin deklorasiya sənədlərində çox şeyləri qeyd etməyiblər. İndi isə haqq-hesab zamanı yetişib.

Yazılanlarla olanların müqayisəsi davam edir. Bu isə o deməkdir ki, İlham Əliyevin startını verdiyi yeni komandanın formalaşması gizli hökumətə və gizli büdcəyə nəzarət etmə istiqamətində də özünü hiss etdirəcək. Bu təzahür isə nəticədə kimlərinsə taleyinin məhbəs həyatına çevrilməsinə səbəb olacaq.

DİA.AZ – Araşdırma Qrupu

Geri qayıt