Əsas Səhifə > Siyasət, Manşet > SABİQLƏRDƏN DAHA BİRİNİN DƏ «BƏXTİ AÇILIR»

SABİQLƏRDƏN DAHA BİRİNİN DƏ «BƏXTİ AÇILIR»


22-02-2013, 12:36
SABİQLƏRDƏN DAHA BİRİNİN DƏ «BƏXTİ AÇILIR»
DAHA BİR SABİQİN YÜKSƏK POSTA TƏYİN EDİLƏCƏYİ HAQDA XƏBƏR YAYILDI

DİA.AZ: - «Hakimiyyətin gözlənilən kadr islahatları zamanı keçmiş deputatlardan biri nazir postuna gətiriləcək». Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki məlumatlı mənbələr verib.

Xatırladaq ki, bu günlərdə keçmiş deputatlardan birinin - Anar Axundovun Prezident Administrasiyasına vəzifəyə təyin ediləcəyi haqda informasiyalar yayılmışdı. Buna qədərsə başqa bir keçmiş millət vəkili - Gədəbəydən deputat olmuş, tanınmış iqtisadçı Nazim Məmmədovun nazir müavini vəzifəsinə təyin ediləcəyi bildirilirdi. İndi isə sabiq deputatlardan növbətisi ilə bağlı belə bir məlumat yayılsa da, onun kimliyi barədə əlavə məlumat verilmir.

Onu da xatırladaq ki, keçmiş deputatların önə çəkilməsi praktikası mövcuddur. Məsələn, Masallıdan deputat olmuş Əhəd Abıyev son parlament seçkiləri zamanı Milli Məclisin heyətindən kənarda saxlanılsa da, sonradan Daşkəsən rayonuna rəhbər göndərildi.

DİA.AZ-a daxil olan məlumatlara görə isə, keçmiş deputlardan biri ilə bağlı qərar hələlik müzakirə aşamasındadır: «Amma çox güman, qərar veriləcək və dəyişiklik may ayının ortalarına təsadüf edəcək».

Geri qayıt