Əsas Səhifə > Güney Press, Üçüncü sektor > KƏLBƏCƏRLİ MÜƏLLİMLƏR PREZİDENTƏ ŞİKAYƏT ETDİ

KƏLBƏCƏRLİ MÜƏLLİMLƏR PREZİDENTƏ ŞİKAYƏT ETDİ


22-02-2013, 10:47
KƏLBƏCƏRLİ MÜƏLLİMLƏR PREZİDENTƏ ŞİKAYƏT ETDİ
"AZƏRQAZ" NARAZILIQ YARADIB

Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəs. I-IV mədən küçəsində fəaliyyət göstərən Kəlbəcər rayon 18 saylı köçkün məktəbinin kollektivi prezident İlham Əliyevə müraciət edib. Prezidentə ünvanlanan müraciətin bir nüsxəsi də Moderator.az-a göndərilib.
Müraciətdə qeyd olunur ki, Kəlbəcər rayon 18 saylı köçkün məktəbində son bir il ərzində su xətti, telefon xətti, qaz xətti, idman meydançasının və qurğularının yaradılması, azda olsa məktəbyanı ərazidə abadlıq işləri aparılmışdır: “Kollektivin üzvlərinin yaxından iştirakı və müxtəlif təşkilatlara ünvanlanmış müraciətlərimiz əsasında məktəbin ehtiyacının qismən də olsa təmin olunmasına çalışmışıq.Davamlı müraciətlərimizin nəticəsi olaraq 2012-ci ilin dekabr ayının 28-dən məktəbdə istilik sisteminin qurulmasına başlandı və 06.01.2013-cü il tarixdə istifadəyə verildi. 27 dekabr 2012-ci il tarixdə “Azəriqaz İB”-nin direktoru Əkbər Hacıyevin ünvanına bir daha məktubla müraciət etdik ki, məktəbdə qurulmuş istilik sisteminin normal işləməsi üçün, onların daxili imkanları hesabına qaz sayğacı quraşdırılmasına köməkdarlıq etsin. Azəriqaza etdiyimiz müraciətlə əlaqədar məktubumuz sözün həqiqi mənasında şöbələrdə it-bata düşdüyündən hər gün məktubun cavabını öyrənmək üçün, bizlərə onlar tərəfindən verilmiş saysız-hesabsız telefon nömrələrinə zənglər edərək soyuq qış aylarında şagirdlərin və müəllimlərin çətinliklərini – narahatçılıqlarını məmurlara izah etməyə çalışırdı. Müraciətimizə əsasən Azəriqazın işçisi Adil Bağırov məktəbdə oldu və istilik sisteminə baxış keçirərək geri döndü. Daha sonra Binəqədi rayon Qaz İstismar sahəsinin işçiləri də məktəbdə oldular. Nəhayət 28 yanvar 2013-cü il tarixində özümüzün təkidli və tələbkarlığımızın nəticəsində Binəqədi rayon Qaz İstismarı sahəsi tərəfindən smartkartla işləyən qaz sayğacı gətirib quraşdırıldı. Məktəbin isə sərbəst maliyyə imkanları olmadığını onlara bildirəndə dedilər ki, indi belədir... İki gün sonra isə gəlib qoyduqları sayğacı açıb apardılar ki, bəs bura daha güclüsü lazımdır. Yəni J-4 əvəzinə, J-6 gücə malik olan sayğac olmalıdır. Fevral qurtarır, mart isə yaz ayıdır. İndi də deyirlər ki, məktubunuzu layihə konstruktor bürosuna göndərmişik ki, sizə yeni layihə işlənilsin. Dəyəri də nağd ödənilməlidir. Ondan sonra göstəriş veriləcək ki, yeni sayğac qoyulsun. Sön ümid yerimiz sizsiniz. Artıq yorulmuşuq. Daha cüzi bir problemimizi həll etməyə belə kollektivin üzvlərində həvəsdə qalmayıb. Hər zaman qrup yaradan, dövlətimizin hərtərəfli inkişaf etdirilməsində yorulmadan çalışan cənab İlham Əliyev! məktəbimizə tezliklə qaz sayğacının qoyulmasını 200 nəfərlik şagird və müəllim kollektivini sevindirməyinizə ürəkdən inanırıq, sizlərə hər zaman dəstəyik”.

Geri qayıt