Əsas Səhifə > Siyasət, Manşet > RUSİYA VƏ İRANIN AZƏRBAYCANDA TƏXRİBAT PLANI

RUSİYA VƏ İRANIN AZƏRBAYCANDA TƏXRİBAT PLANI


22-02-2013, 10:33
RUSİYA VƏ İRANIN AZƏRBAYCANDA TƏXRİBAT PLANI
ŞİMAL VƏ CƏNUB QONŞULARIMIZ 2013 SEÇKİLƏRİNİ POZMAĞA ÇALIŞACAQ

DİA.AZ: - Qarşıdan gələn növbəti prezident seçkilərinə yerli siyasi cameələr tədarük gördüyü kimi, Azərbaycanda marağı olan kənar güclər də xüsusi həssaslıq nümayiş etdirməkdədirlər. Elə son zamanlar hakimiyyətiçi rusiyameyilli qanadın zərərsizləşdirilməsi prosesini böyük təpgi ilə qarşılayan rəsmi Bakının bu yöndəki davranışları xüsusi olaraq diqqətçəkicidir. Bir yandan Azərbaycan içindəki dayaqlarının hesabına qarışıqlıq yaradan Kremlə, buna paralel olaraq yaratdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqının xəttilə də böyük planlarının icrası ilə məşğuldur.

Məsələn, son zamanlar «Milyarderlər ittifaqı» kimi tanınan RATİ-nin Azərbaycanın ayrı-ayrı bölgələrində təşkilatlanması haqda xəbərlər də yayılmaqdadır. Bu barədə verilən xəbərlərdən aydın olur ki, hər zaman kənardakı, nəzarət olmayan pul kütləsini təhlükə kimi qəbul edən rəsmi Bakı bu dəfə ehtiyatlandığı situasiya ilə üz-üzə qalıb. Çünki pul gücünə RATİ-nin Azərbaycanda böyük qarışıqlıqlar salma təşəbbuslərində bulunacağı da gələn xəbərlər arasındadır.

DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, Cənubi Qafqazda maraqları təxminən üst-üstə düşən rəsmi Moskva ilə bərabər İranın xüsusi xidmət orqanları da eyni qaydada Azərbaycanda süni girginlik ocaqlarının yaradılması yönündə fəaliyyətə keçib. Məlumatlı mənbələrin bildirdiyinə görə, 2013-cü il prezident seçkiləri ərəfəsində rus agenturası ilə paralel hərəkət edəcək fars-molla rejiminin xəfiyyəsi dindar kəsimin iştirakı ilə hətta qan tökülməsinə qədər gediləcək proseslərin tədarükündədir.

Bütün bunlar haqda yerli hüquq-mühafizə orqanlarımızın çox ciddi qaynaqlardan məlumat aldığını bildirən mənbəmiz onu da əlavə etdi ki, İran və Rusiyaya qarşı müqavimətində bu gün rəsmi Bakıya ABŞ və İsrail tərəfindən xüsusi dəstək verilməkdədir.

Geri qayıt