Əsas Səhifə > Dünya > MİSİRƏ DİNCLİK YOXDUR

MİSİRƏ DİNCLİK YOXDUR


22-02-2013, 10:06
MİSİRƏ DİNCLİK YOXDUR
PORT SƏİDDƏN YENİ ÜSYAN BAŞ QALDIRIB

Misirin liman şəhəri olan Port Səiddə hökümətə qarşı etiraz aksiyaları və tətillər 5-ci gündür ki, davam edir. Süveyş kanalının girişində yerləşən strateji şəhər prezident Mursi əleyhinə kütləvi etirazların əsas cəbhəsinə çevrilib.
Mursi höküməti ölkədə idarəçiliklə bağlı çətin günlər yaşadığı bir vaxtda, anti-hökümət abu-havası paytaxtdan kənara yayılmağa başlayıb.

“Bu gündən Port Səid, Mursini prezident olaraq tanımadığını elan edir.İnqilab yenidən Port Səiddən başlayacaq. Biz səriştəsis prezidentin ölkəni idarəetməsini istəmirik”, deyə etirazçılar bildirib.

"Associated Press"in verdiyi məlumata görə, etirazlara və tətillərə rəğmən beynəlxalq əhəmiyyət daşıyan kanalla gəmi daşınmalarında pozuntu yaranmayıb. Bəzi hallarda fəallar hökümət binaları qarşısında toplaşıb və zavodların girişini tutub. Onların bu yolla işçiləri tətilə sövq etməyə çalışdığı bildirilir. Etirazçılar ötən ayın zorakı toqquşmaları zamanı baş verən qəttlərə görə günahkarların cəzalandırılmasını və yeni araşdırmaya başlanılmasını tələb edir.

Geri qayıt