Əsas Səhifə > Sosial, Manşet > GÜRCÜSTANDA QUMAR OYNAYAN NAZİR

GÜRCÜSTANDA QUMAR OYNAYAN NAZİR


26-11-2011, 10:47
GÜRCÜSTANDA QUMAR OYNAYAN NAZİR

BU BİZNESƏ KİMLƏRİN PUL YATIRDIĞI HAQDA ŞOK FAKTLAR

DİA.AZ: - Bir ara Azərbaycanda kazionların yenidən bərpa olunması ilə bağlı məlumatlar yayılsa da, sonradan bu öz təsdiqini tapmadı. Doğrudur, məlum oldu ki, yalnız bir-iki ünvanda gizli şəkildə kazinolar işlədilirmiş. Amma bu faktlar da sonradan aradan qaldırıldı. Beləliklə, Azərbaycan, Ermənistan, Ukraynadan sonra Rusiyada da kazinoların qadağan edilməsi qumar xəstələrini Gürcüstana üz tutmağa məcbur edir.

Əslində bu tip obyektlərin mövcudluğu Gürcüstana əlavə pul axınına rəvac verir. Gürcüstanın kurort zonalarında kazino və dəbdəbəli qumarxanaların sayı sürətlə artmaqdadır. Maraqlıdır ki, bu biznesdə azərbaycanlı iş adamları da fəal iştirak edirlər.

Gürcü KİV-nin yaydığı məlumata görə, ARDNŞ-in bu ölkəyə qoyduğu kapitaldan sonra ikinci yerdə azərbaycanlıların qonşu ölkədə sahib olduğu qumarxanalar gəlir. Təkcə kurort şəhəri Batumidə azərbaycanlıların 14 iri kazinosunun fəaliyyət göstərdiyini yazan «Rezonansi» bu sahəyə 28 milyon dollar para yatırıldığını da qeyd edir. Mənbə bildirir ki, kazionların böyük əksəriyyəti eyni xəttə, yəni ARDNŞ-ə, yəni Rövnəq Abdullayevə bağlıdır.

«Acariyadakı kazinolarda bir çox ölkədən olan iş adamlarının pulları var. Azərbaycanlıların da milyonları orada az deyil. Məncə, Bakıdan olan iş adamları ilə yanaşı, Rusiyada yaşayan zəngin azərbaycanlı biznesmenlər Acariyadakı kazino və qumarxanalara aktiv şəkildə pul yatırırlar. Çünki belə biznesin gəlirləri çox, rentabellik səviyyəsi yüksəkdir. Bunu isə "Ekspess»ə tanınmış itqisadçı Georgi Xuxaşvili bildirib.

Amma məsələ ondadır ki, azərbaycanlılar təkcə kazino biznesi ilə yox, otel biznesinə də ciddi maraq göstərirlər. Məsələn, Gürcüstan KİV-i Tiflisin mərkəzindəki iki otelin məhz azərbaycanlılar tərəfindən alındığından yazır. Sitat: «Həmin otellər rekonstruksiya olunduqdan sonra orda həm də kazinolar fəaliyyət göstərəcək».

Maraqlıdır ki, qonşu dövlətin KİV-ləri heç kimin adını çəkmirlər. Amma etibarlı mənbədən aldığımız məlumata görə, bu sahəyə ən çox sərmayə yatıran İskəndər Xəlilovla Rövnəq Abdullayevdir. «Birincinin otel biznesində təcrübəsi, ikincinin isə ARDNŞ vasitəsi ilə çoxdan Gürcüstan bazarında tanınması onların daha iri və özəl layihələrlə qol qoymasına rəvac verir» deyə mənbə bildirib.

Əldə etdiyimiz məlumatlardan aydın olur ki, Gürcüstanda qumarxan biznesinə pul yatıranlar arasında tanınmış azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər qrupunun prezidenti Mübariz Mənsimli (Qurbanoğlu) də var. Bu barədə DİA.AZ-ı məlumatlandıran Bakıdakı qaynağın iddiasına görə, bu günlərdə “Palmali” şefinin Batumda böyük bir kazinosu istifadəyə verilib: “Qara dənizin sahilində yerləşən kazinonun dənizə çıxışı var. Və kazinoya eyni zamanda sahildə saxlanılara otel-bar-kazino kimi istifadə edilən böyük bir gəmi kompleksi də aiddir”.

Mənbəmiz bildirir ki, istifadəyə verilməsi qısa müddət içində olsa da, artıq azərbaycanlı məmurlar və eləcə də Türkiyədən olan çoxlu sayda nüfuzlu iş adamı, tanınmmış sima həmin obyektin müştərilərinə çevriliblər. Mənbəmiz azart oyunlar aludəçisi kimi ad çıxarmış gənclər və idman naziri Azad Rəhimovun da Batum yolunu yaxşı tanıdığını bildirdi.

Geri qayıt