Əsas Səhifə > Ölkə, Manşet > ŞƏKİLİLƏR İCRA HAKİMİYYƏTİNƏ ETİRAZA QALXDI

ŞƏKİLİLƏR İCRA HAKİMİYYƏTİNƏ ETİRAZA QALXDI


21-02-2013, 14:11
ŞƏKİLİLƏR İCRA HAKİMİYYƏTİNƏ ETİRAZA QALXDI
NARAZI SAKİNLƏRƏ VƏD VERİLDİ

DİA.AZ: - Fevralın 21-də Şəki rayonunun Aşağı Daşağıl kəndinin sakinləri Şəki İcra Hakimiyyətinn binasının qarşısına toplaşaraq kəndin su və yol problemlərinin həllini tələb ediblər.

Sakinlərlə görüşən icra aparatının nümayəndəsi problemlərin tezliklə həll olunacağını bildirib.

Sakinlərin dediklərinə görə, kənd yolu keçilməz vəziyyətdədir. Kəndin yuxarı hissəsində vurulan atrezan quyuları kəndəki bulaqların qurumasına səbəb olub. Bunun nəticəsində əhali susuz qalıb.

Prezdentin sərəncamı ilə Aşağı Küngüt və Aydın Bulaq kəndlərinə gedən yollarda asfalt salınmasına başlanılıb. Aydın Bulaq və Aşağı Daşağıl kəndlərinin arasındakı 3 km. yolu bərpa etmək istəmirlər. Bu da kənd sakinlərinin narazılığınz səbəb olub. Onların dediklərinə görə, kəndin yolu da plana salınıb, ancaq sonradan çıxarılıb.Yolların bərpası üçün 2 milyon manat vəsait ayrılıb

Geri qayıt