Əsas Səhifə > Cəmiyyət > MƏMURLARLA BAĞLI ŞOK FAKTLAR AÇIQLANA BİLƏR

MƏMURLARLA BAĞLI ŞOK FAKTLAR AÇIQLANA BİLƏR


21-09-2011, 16:22
MƏMURLARLA BAĞLI ŞOK FAKTLAR AÇIQLANA BİLƏR

MƏTBUAT BU DƏFƏ HAKİMİYYƏTİN İŞİNƏ YARAYIR

Son günlər bir sıra media qurumlarında hakimiyət içində gedən oyunların təzahürü hiss olunmaqdadır. Söhbət məmurların kompramat savaşından gedir. Məsələn, müəyyən bir qrup var ki, bu gün Kərəm Həsənovun, bir başqa qrup Ziya Məmmədovun, başqa bir qrup isə SəfərƏbiyevin görəvdən alınmasında maraqlı olduğundan və eləcə də digər məmurların da rəqiblərinin fəallaşması və yaxud da iç savaşda cavab reaksiyalarının intensivləşməsi səbəbindən bu gün mətbuat informasiya kasadlığı hiss etmir, qəzet səhifələri isə məmurların döyüş meydanına çevrilir.

Bütün bu məsələləri redaksiyamıza şərh edən dövlət məmurlarından birinin sözlərindən belə məlum oldu ki, bütün bu baş verənlər səbəbsiz deyil: «Bu gün necə ki, Azərbaycan iqtidarı genəl mənada bir dilemma qarşısında qalıb (beynəlxalq müstəvidə, xüsusən də Türkiyə ilə münasibətlərdə yaşanılan olaylar nəzərdə tutulur -red.), eləcə də iqtidar daxilində də bir seçim dilemması mövcuddur. Prezident özünün yeni komandasını elan etmə ərəfəsində olduğundan əksər məmurlar hakim düşərgədən çıxdaş olunacaq».

Əslində bütün bu yaşantıların təbii proses olduğunu və hakimiyyətin yeniləşməsinin bir zərurət olduğunu vurğulayan mənbəmiz qeyd etdi ki, gec-tez 15-20 ildir vəzifədə olan məmurlar mövqelərini itirməli olacaqlar: «Hər halda, onlar kifayət qədər vəzifədə olublar və ömürlərinin sonuna qədər vəzifə başında qalmaları imkansızdır».

Bunun digər yandan da hazırki hakimiyyətin yeni siyasəti olduğunu bildirən mənbəmiz qeyd etdi ki, sadəcə olaraq əksər məmurların əməlli-başlı kök salmaları və onların ölkənin ictimai-siyasi həyatında mühüm rıçaqları əllərində saxlamaları istənilən bir radikal ovqatlı dəyişikliyi çətinləşdirir:

«Məsələn, Kəmaləddin Heydərov FHN-də yeni olsa da, kifayə qədər stajlı məmur hesab olunur. Lakin onun görəvdən alınması heç də asan məsələ deyil. Çünki o, yetərincə nüfuz sahibidir və onun uğrunda canını belə fəda edə biləcək az qala bir ordu formalaşıb».

Məhz bu baxımdan münasibətlərin daha çox mətbuat səhifələrində aydınlaşdırma meyillərinin artdığını bildirən mənbəmiz onu da bildirdi ki, mətbuat bu gün hansısa məmurun ictimai rəydə sıfıra endirilməsi üçün ən münasib vasitədir: «Bu halda hədfə alınanın kimliyi o qədər də vacib olmur. Və bu şəraitdə hədəfə alınan böyük bir ordusunun yox, top-tüfənginin olması belə önəm daşımır».

Mənbəmiz bildirdi ki, ona görə də məmurların kampramat savaşına «yuxarılar» da loyal yanaşır: «Əslində üst düzəy bu prosesdə əsas maraqlı tərəf olduğundan, mətbuata dahi ilginc faktların ötürülməsinə belə göz yumula bilər».


Geri qayıt