Əsas Səhifə > Siyasət, Manşet > KEÇMİŞ REKTORUN SON VİDEOSU İLƏ BAĞLI ŞOK FAKT

KEÇMİŞ REKTORUN SON VİDEOSU İLƏ BAĞLI ŞOK FAKT


21-02-2013, 12:15
KEÇMİŞ REKTORUN SON VİDEOSU İLƏ BAĞLI ŞOK FAKT
ELŞAD ABDULLAYEV TANINMIŞLARI KAMERASI QARŞISINA NECƏ OTURDUB?

DİA.AZ: - Fransada yaşayan professor Elşad Abdullayevin yaydığı yeni videodakı polis zabiti Rasim İldırımzadə Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polkovnikdir. Rasim İldırımzadə məşhur ailənin təmsilçisidir.

Bildirək ki, Rasim İldırımzadə tanınmış jurnalist, yazıçı Əli İldırımoğlunun övladıdır. Onun bir qardaşı - Yusif İldırımzadə Xətai rayonunun prokurorudur. Yusif İldırımzadə daxili işlər naziri Ramil Usubovun qudasıdır. Rasim İldırımzadənin başqa bir qardaşı - Yunis İldırımzadə “Əmrahbank”ın prezidentidir.

Qeyd edək ki, fevralın 20-də yayılmış videoda Elşad Abdullayevin Rasim İldırımzadə ilə söhbəti əks olunub. Videomaterialdan belə aydın olur ki, Elşad Abdullayevin 2003-cü ildə itkin düşən qardaşı, MTN mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır.

Onu da bildirək ki, DİA.AZ-a bu barədə ilginc məlumatlar daxil olub. Məlumatlı mənbənin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, əslində Elşad Abdullayevin Rasim İldırımzadə ilə danışığı əvvəlcədən təşkil olunub. Bu barədə danışan mənbə bildirir ki, ümumiyyətlə, Elşad Abdullayev zaman-zaman bu priyomdan istifadə edərək tanınmış adamları, vəzifədə oturan şəxsləri və yaxud da vəzifəli şəxslərlə əlaqəli olan simaları özünün kamerası qarşısına müxtəlif üsullarla çıxarıb.

Mənbənin söylədikləri: «Bu tipli «qurbanlardan» biri də Rasim İldırımzadədir. Onun övladları ABU-da təhsil alıblar və Elşad Abdullayev onun övladına problem yaratdığına görə Rasim İldırımzadə ABU rektoru ilə görüşə getməli olur. Halbuki bu məsələ ilə bağlı telefonla danışıq olub əvvəlcə. Amma Elşad Abdullayev israrla bildirib ki, bunu telefonla danışmaq olmaz. Və bundan sonra Rasim İldırımzadə Elşad Abdullayevin kamerası qarşısına gedib».

Mənbəmiz bildirir ki, əgər keçmiş rektor bütün faktları açıqlayarsa, yəni videoçəkilişin tamamını açıqlayarsa, bu aydın olar: «Onda görünər ki, Elşad Abdullayevlə Rasim İldırımzadə arasında ilk əvvəl uşağın kəsiri ilə bağlı danışıq olub və hətta İldırımzadə keçmiş rektora «pul istəyirsən, pul verim, amma uşağın problemini həll et, ona problem yaratma, niyə belə edirsən» kimi ifadələr də işlədib».

Mənbəmiz bildirir ki, Elşad Abdullayevlə Rasim İldırımzadənin dostluq əlaqələri də olub: «Onlar qrup yoldaşıdırlar və bu gün əgər Elşad Abdullayev çörək kəsdiyi adamları belə çəkdiyini ortaya çıxarırsa, deməli, onun niyyəti tamam başqadır və bu adam qardaşının tapılmasından daha çox adamları şantaj məqsədi güdür».

Mənbəmizə görə, Mahir Abdullayevlə bağlı məsələyə münasibətini bildirən Rasim İldırımzadə əslində həmin dönəmdə bir çox çevrələrə, hətta mətbuata belə məlum olan informasiyalarını bölüşür: «Həmin dönəmdə elə mətbuat da onun dediklərini yazırdı. Yəni burada bir sirr və yaxud da əlahiddə informasiyalılıq yoxdur».

Hər halda, bütün bu açıqlananlar redaksiyamızın elktron poçtuna daxil olan informasiyalardır və biz də sizinlə bölüşmək qərarına gəldik. Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt