Əsas Səhifə > Gündəm, Manşet > HANSI İCRA BAŞÇISI NƏ ZAMAN ÇIXDAŞ EDİLİR?

HANSI İCRA BAŞÇISI NƏ ZAMAN ÇIXDAŞ EDİLİR?


21-02-2013, 12:01
HANSI İCRA BAŞÇISI NƏ ZAMAN ÇIXDAŞ EDİLİR?
PREZİDENTİN SON ÇIXIŞI BİR ÇOX ÇEVRƏLƏRDƏ HƏYƏCAN YARADIB

DİA.AZ: - 12 fevral müşavirəsində prezidentin sərt formada əslində mehdiyevçi qanadın üzərinə yeriməsi günü bu gün də bir çox çevrələrdə həyəcan yaşatmaqdadır. Bu barədə DİA.AZ-a verilən məlumatlardan aydın olur ki, konkret olaraq bir neçə icra başçısının vəziyyəti olduqca gərgindir. Bu barədə hələ əvvəldən də məlumat vermişdik və bildirişdik ki, 10 icra başçısının gedişilə bağlı qərar var. Və bu məlumatımızın ardından Şamaxının icra başçısı vəzifəsindən alındı.

Xatırladaq ki, Şamaxıda durumun gərgin həddə olması hakimiyyətin də diqqətini cəlb etmişdi və bu barədə xəbərlərin yayılmasına da xüsusi həssaslıq nümayiş olunurdu. Hətta baş prokurorluq tərəfindən Şamaxıda üsyan anonsunu etməsinə görə «Azadlıq» qəzetinə xəbərdarlıq da edilmişdi. Amma sonradan Asif Məmmədov Şamaxının icra başçısı postundan alındı. Və məsələnin nə yerdə olduğu aydın oldu. Yəni vəziyyət kritik həddə imiş…

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, icra başçılarının daha bir neçəsinin vəzifəsindən alınması gözlənilir: «Bu barədə qərar davamlı surətdə açıqlanacaq. Sadəcə olaraq hər şeyin zamanı var və buna ictimai rəy də hazırlanmalıdır. Hər halda, istənilən bir kadr islahatının intensivliyinin özü belə hakimiyyətin ümumi maraqlarının ziddinə ola bilər. Yəni cəmiyyətdə bu həm də iqtidarın iflası kimi qarşılana da bilər. Elə bu səbəbdən ehtiyatlılıq mövqeyi seçilib».

Mənbəmiz əsas hadisələrin bəzilərinin Novruz Bayramı ərəfəsinə təsadüf edəcəyini də vurğuladı.

Geri qayıt