Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCAN RUSİYA İLƏ DİL TAPA BİLİB
AZƏRBAYCAN RUSİYA İLƏ DİL TAPA BİLİB26-11-2011, 09:58 |
HƏM SƏRHƏD MƏSƏLƏSİNDƏ, HƏM DƏ RLS-LƏ BAĞLI “Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasi fəaliyyətinin prioritet istiqamətlərindən biridir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ümumrusiya Azərbaycan Konqresinin Moskvada keçirilən III Qurultayında çıxışında deyib. Administrasiya rəhbərinin sözlərinə görə, Heydər Əliyev və Vladimir Putin bu münasibətlərin normallaşması, inkişafı və möhkəmləndirilməsi üçün möhkəm təməl yaradıblar: “İndiki dövlət başçıları Dmitri Medvedev və İlham Əliyev isə bu xətti səmərəli şəkildə davam etdirirlər. Biz Qəbələ RLS-in statusu və istismar şərtləri, Xəzər dənizinin statusu və dövlət sərhədi kimi məsələlərdə razılığa nail olmuşuq. Rusiya Azərbaycanın bu cür saziş bağladığı ilk ölkədir”. Azərbaycan-Rusiya münasibətlərinin yüksəliş mərhələsində olduğunu söyləyən R. Mehdiyev Rusiya azərbaycanlılarının böyük intellektual, iqtisadi, mədəni və ictimai-siyasi potensiala malik olduğunu bildirib: “Bu çox sevindirici haldır ki, Azərbaycan diasporu Rusiya cəmiyyətinə uğurla inteqrasiya edib”. Geri qayıt |