Əsas Səhifə > Ölkə, Manşet > SAATLININ İCRA BAŞÇISINDAN İNTERNET YASAĞI

SAATLININ İCRA BAŞÇISINDAN İNTERNET YASAĞI


20-02-2013, 14:37
SAATLININ İCRA BAŞÇISINDAN İNTERNET YASAĞI
BU RAYONDA ƏMƏLLİ-BAŞLI GESTAPO REJİMİ YARADILIB

DİA.AZ: - Saatlıda məmur özbaşınalığı izaholunmaz həddə çatıb. Rayonda polis rejimi və komendant saatı elan edən icra başçısı Siracəddin Cabbarov hətta o həddə çatıb ki, yerli gənclərin sosial şəbəkələrdən istifadəsinə də qadağa qoyublar. Bu barədə DİA.AZ-a Saatlı rayonundan olan bir qrup gənc məlumat daxil olub.

Məlumatda bildirilir ki, icra başçısı rayondakı problemlər barədə mediaya informasiya ötürməməyi tapşırıb. Bu səbəbdən rayonda fəaliyyət göstərən bir neçə internet klub sahibinə də xəbərdarlıq edilib ki, vəziyyəti nəzarətdə saxlasınlar.

Qanunsuzluqların və ədalətsizliyin başında icra başçısının dayandığını iddia edən Saatlı gəncləri bildirirlər ki, mətbuatın və ictimaiyyət nümayəndələrinin etirazlarına baxmayaraq, Siraqəddin Cabbarov və ətrafı öz qanunsuz hərəkətlərinə son qoymaq niyyətindən əl çəkmək istəmirlər. Ona görə də Saatlıda narazılıqlar yeni etiraz aksiyalarının keçirilməsi həddinə çatıb.

Onu da qeyd edək ki, bir müddət öncə burada narazılıqların etirazlara çevrilməsi məmurların sakinlərin, daha doğrusu, zərərçəkmişlərin hüquqlarını pozmasını bir daha göstərdi. Bunu Saatlıda yaşanan problemlər də sübut edir. Bir daha qeyd edək ki, Siraqəddin Cabbarovun apardığı ayrı-seçkilik fəaliyyətin nəticəsidir ki, burada vətəndaş-məmur qarşıdurması daha da kəskinləşir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt