Əsas Səhifə > Siyasət, Manşet > PA ŞEFİNİN İSTEFASI NƏDƏN QƏBUL OLUNMUR?

PA ŞEFİNİN İSTEFASI NƏDƏN QƏBUL OLUNMUR?


20-02-2013, 14:13
PA ŞEFİNİN İSTEFASI NƏDƏN QƏBUL OLUNMUR?
DƏYİŞİKLİK RAMİZ MEHDİYEVİN İSTƏDİYİ VAXTDA BAŞ TUTMAYACAQ

DİA.AZ: - Neçə müddətdir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin gedəcəyi barədə məlumatlar yayılmaqdadır ki, bununla bağlı etibarlı mənbələrin verdikləri xəbərlər də deyilənləri təsdiqləməklə yanaşı, bu gedişin may ayına qədər reallaşacağını bildirir. Lakin bildirək ki, dünən bir çox qaynaqlar tərəfindən Ramiz Mehdiyevin istefaya göndərilməsi xəbəri yayıldı. Doğrudur, bu xəbərlər ictimailəşdirilmədi, amma buna rəğmən hakimiyyət dəhlizlərində artıq PA şefinin görəvdən alınması barədə söhbətlər dolaşmaqdadır.

DİA.AZ-a daxil olan son məlumatlar da təsdiqləyir ki, əslində Ramiz Mehdiyevin istefaya göndərilməsi barədə xəbərlər boşundan deyil. Bu barədə qaynağın iddia etdikləri: «Artıq PA şefi ilə hakimiyyətin arasında bütün körpülər yanıb və münasibətlər tamam fərqli müstəvidədir. Yəni hər iki tərəf yaxşı bilir ki, vəziyyət bu şəkildə qala bilməz. Odur ki, məhz bu məntiqə söykənərək Ramiz Mehdiyev bu günlərdə yenidən istefa ərizəsi yazıb».

Xatırladaq ki, buna qədər də Mehdiyevin bir neçə dəfə istefa ərizəsi yazması barədə xəbərlər yayılmışdı. Mənbəmiz iddia edir ki, əslində hələlik dövlət başçısı bu ərizələri masasının bir kənarına qoyur: «Yəni bu o deməkdir ki, istefa qərarı Ramiz Mehdiyevin yox, prezidentin istədiyi zaman veriləcək. Amma belə bir qərarın veriləcəyi şübhəsizdir».

Geri qayıt