Əsas Səhifə > Ölkə > NEFTÇALANIN İCRA BAŞÇISI HƏDƏFDƏ

NEFTÇALANIN İCRA BAŞÇISI HƏDƏFDƏ


20-02-2013, 14:01
NEFTÇALANIN İCRA BAŞÇISI HƏDƏFDƏ
BU DƏFƏ YERLİ MƏMURLAR ETİRAZA QALXIB

Neftçala əhalisi ilə rayon İcra Hakimiyətinin başçısı İsmayıl Vəliyevin münasibətləri yenidən gərginləib. Bu barədə redaksiyamıza Neftçaladan daxil olan məlumatda bildirilir.
Müracətə əsasən son olaylardan sonra icra başçısı ilə yerli idarə müdirləri arasında böyük gərginlik yaşanmaqdadır. Belə ki, işdən azad olunması ilə bağlı söz-söhbət yayılan İsmayıl Vəliyev idarə müdirlərindən pul yığmaq istəsə də, buna nail ola bilməyib. Çünki idarə və təşkilat rəhbərləri ona pul verməkdən imtina ediblər. Hətta məlumata görə, rayonun baş memarı, ixtisasca baytar olan və Neftçalada yaşanan gərginliklərin əsas səbəbkarı olaraq bilinən Rüstəm Tahiovun maşının yanlırılmasından sonra rayonda sabitliyin yaranması üçün keçirilən iclasda bir neçə idarə müdiri çıxış edərək icra başçısı İsmayıl Vəliyevi rayonu talamaqda və xaraba qoymaqda ittiham edib.
NEFTÇALANIN İCRA BAŞÇISI HƏDƏFDƏ
NEFTÇALANIN İCRA BAŞÇISI HƏDƏFDƏ

Məlumatda qeyd olunur ki, iki il müddətində rayonun müxtəlif idarləri tərəfindən rayonda abadlıq işlərinin aparılması məqsədi ilə keçirilən tenderlərə ayrılan 15-20 milyon arası vəsait icra başçısı tərəfindən mənimsənilib. Hazırda isə həmin idarə müdirlərinin korrupsiyada ittiham olunub həbs olunmaq təhlükəsi var. Buna görə də idarə rəhbərləri açıq şəkildə icra başçısına qarşı çıxırlar.
Bundan başqa prezident rayonun sosial inkişafının sürətləndirilməsi üçün 7 milyon manat vəsait ayırıb. İsmayfl Vəliyevin Rüstəm Tahirovun əli sahibkarlardan və idarə müdirlərindən topladığı vəsaiti də bura əlavə edərsək, o zaman İsmayıl Vəliyevin iki ildə qazancı minlərlə insanın çalışdığı böyük bir şirkətin qazansına bərabər olduğu bəlli olur.
Məlumatda bildirilir ki, İsmayıl Vəliyev Neftçalada çalışdığı 2 il ərzində rayonu tamamilə xaraba qoyub. Belə ki, hazırda Neftçala şəhəri ölkənin ən ucqar kəndlərindən heç bir şeylə fərqlənmir: «Əminliklə söyləmək olar olar ki, Neftçala rayonu bu gün ölkəninin ən xaraba şəhəridir. Baxmayaraq ki, 2012-ci ildə prezident rayoonun sosial vəziyətinin iyaxşılaşdırılması və abadlaşdırılması üçün 2 dəfə vəsait ayırıb, lakin həmin vəsait icra başçısı və onun rayondan qovulmuş əlaltısı Rüstəm Tahirov tərəfindən mənimsənilib. Rayonu isə bu iki ildə xaraba qoyub. İndii rayona girənlər doğrudan çaş-baş qalırlar ki, iki il bundan əvvəlki rayon hara yox olub. Çünki rayon söküntülərdən və xarabalıqlardan ibarətdir və heç kimdə təmir- bərpa işləri aparmır. Neftçalanın yolları isə hazırda dağ kəndələrinin yollarından heç bir şeylə fərqlənmir», deyə müraciətdə bildirilir.

Pia.az-a daxil olan başqa bir məlumatda isə bildirilir ki, İsmayıl Vəliyevin və bir neçə başqa rayon icra başçılarının hələlik işdən azad olunmamalarının səbəbi həmin icra başçılarının topladıqları vəsaitlərin dəqiqləşdirilərək onlardan alınması prosesinin getməsidir. Belə ki, icra başçıları böyük talanlara yol verərək milyonlarla manat vəsaiti mənimsəyiblər.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Neftçala rayonu da olmaqla bir neçə rayonun icra başçısının vəzifədən alınması ilə bağlı mətbuata məlumatlar sızdırılmışdı. Sonradan həmin məlumatlar təsdiq olunmadı.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…
pia.az

Geri qayıt