Əsas Səhifə > Güney Press, Araşdırma > SALYANIN KEÇMİŞ BAŞÇISI YAXASINI KƏNARA ÇƏKİR

SALYANIN KEÇMİŞ BAŞÇISI YAXASINI KƏNARA ÇƏKİR


20-02-2013, 12:48
SALYANIN KEÇMİŞ BAŞÇISI YAXASINI KƏNARA ÇƏKİR
"BAŞA DÜŞƏ BİLMİRƏM"...

“Artıq üç ilə yaxındır ki, Səlyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmıram. Belə olduğu təqdirdə rayonda hər hansı məmurun həbsini mənim adımla əlaqələndirmək cəfəngiyyatdan başqa bir şey deyil”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Əlağa Hüseynov söyləyib.
Xatırladaq ki, “Yeni Müsavat” qəzetinin dünənki sayında millət vəkili Əlağa Hüseynovun başının dərdə girdiyi, problemlər yaşadığı haqqında informasiya dərc olunub. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri Oqtay Quliyevin həbsini deputatın adı ilə bağlayan qəzet sonuncunun icra başçısı olduğu dönəmdə O.Quliyevin ağlasığmaz maxinasiyalar həyata keçirdiyinə dair məlumat yayıb.
Editor.az-a açıqlamasında millət vəkili Əlağa Hüseynov yayılan məlumatları təkzib edib: “Başa düşə bilmirəm ki, icra başçısı vəzifəsindən azad ediləndən üç il sonra məni rayonda hər hansı məmurun fəaliyyətinə görə, gühanlandırmağın nə adı var? Bu adam mənim vaxtımda həbs olunub? Bəli, mən Səlyanın icra başçısı olmuşam, hazırda da həmin rayondan deputatam, özüm də səlyanlıyam. Rayonda çoxlu adamları tanıyıram, o cümlədən Oqtay Quliyevi də. Onun hansı günah sahibi olmasından da xəbərsizəm. Bu məsələyə hüquq-mühafizə orqanları aydınlıq gətirəcək. O zaman biz biləcəyik ki, onun günahı var, yoxsa yox. Hər halda həbs olunubsa, demək nəsə günahları var. Bunu mənim adımla bağlayanlar səhv edirlər və Allah canlarını salamat eləsin”.

Geri qayıt